Elektron ədəbiyyat və sənət portalı

“2022-ci ildə Ukraynada inqilab olacaq”

Bölmə: Beynəlxalq 08.10.2016

Daha sonra Beqbeder Ukraynada indiyədək baş vermiş inqilablardan danışıb. O deyib ki, hər doqquz ildən bir Ukraynada inqilab baş verir: “Əvvəlcə 2004-cü ildə, sonra 2013-cü ildə ukraynalılar inqilab etdi. Növbəti inqilab 2022-ci ildə olacaq. Mən bu inqilabı səbirsizliklə gözləyirəm, axı biz fransızlar inqilabı sevirik. Ancaq bu, sizin ən gözəl iliniz olacaq. Mən İkinci Dünya müharibəsi başladığı dövrlə indi baş verənlər arasında elə böyük fərq görmürəm. Biz nəticəni bilməsək də, inqilabın səbəbini yaxşı bilirik”. Beqbederin sözlərinə görə, İkinci Dünya müharibəsi də iqtisadi böhran və işsizlik səbəbindən başladı. İndi də həmin vəziyyətdir. 2008-ci ildən bütün dünya maliyyə böhranı və işsizlik problemi ilə üzləşib. Ona görə də Fransada, Britaniyada və ABŞ-da milliyyətçilər önə çıxmağa başlayıb. Biz çox ehtiyatlı olmalıyıq, çünki milliyyətçilər həmişə müharibəyə meyilli olublar. Onların vətəni müdafiə etmək ideyası yaxşıdır, ancaq iqtisadiyyatı inkişaf etdirmək lazımdır ki, milliyyətçi ideyalar çox da irəli gedə bilməsin,” –  Beqbeder fikrini belə tamamlayıb.

NARINGÜL