Elektron ədəbiyyat və sənət portalı

“Qış küləyi” 2017-ci ilin martında gələcək

Bölmə: Beynəlxalq 17.09.2016

 

Həmin kitab “Taxt-tac oyunu” serialının əsasını təşkil edən “Buz və alov haqqında nəğmə” kitabından altıncı saqadır. Xatırladaq ki, bundan əvvəlki “Əjdahalarla rəqs” əsəri 2011-ci ildə işıq üzü görmüşdü. Bu ilin avqust ayında jurnalistlərlə söhbətində Corc Martin “Qış küləyi” kitabının üzərində işlədiyini bildirmişdi.

Qeyd edək ki, Martinin kitabları əsasında çəkilmiş “Taxt-tac oyunu” serialı 67-ci “Emmi” mükafatının ABŞ-da keçən mövsümün ən yaxşı serialı nominasiyasında mükafata layiq görülüb. Ümumilikdə, “Taxt-tac oyunu” 21 nominasiya üzrə Emmi mükafatına layiq görülüb ki, bu da mükafatın tarixində rekord sayılır.

NARINGÜL