Elektron ədəbiyyat və sənət portalı

Lənətlənmişlərin ariyası

Bölmə: «Aydın Yol»çular 02.09.2016

Ermənilər yenə çaxnaşmaya düşüb. Separatçı “DQR”-in sakinləri kütləvi surətdə Xankəndindən və ətraf ərazilərdən köçür, ya da uşaqlarını münaqişə zonasından uzaqlaşdırmağa çalışırlar.

Yeni dərs ili ərəfəsində bu proses daha da sürətlənib. Sakinlər İrəvandan gəlmiş jurnalistlərlə söhbət zamanı övladları üçün narahatlıq keçirdiklərini, bunun məcburi bir addım olduğunu bildiriblər.

İrəvanın “Joxavurd” qəzeti yazır ki, Dağlıq Qarabağda yaşayan uşaqların böyük əksəriyyəti yeni dərs ilini evdən çox-çox uzaqda yerləşən təhsil ocaqlarında qarşılayacaqlar. Valideynlərdən biri deyib:

- Son hadisələr göstərdi ki, bizim hakimiyyətin gecə-gündüz bağırdığı atəşkəsə, güclü müdafiə sisteminə zərrə qədər də etibar yoxdur. Qarşı tərəf (yəni Azərbaycan ordusu) hər an hücuma keçə bilər. Özümüzün və övladlarımızın tələf olmayacağına kim zəmanət verə bilər? Sarkisyan, yoxsa Babayan? Bu kriminal ünsürlərin xalq yadınamı düşür? Onların sərvət toplamaqdan başqa nə problemi var? Biz bu mafiyanın boş vədlərinə inanıb uşaqlarımızı güdaza verə bilmərik...

Daha sonra müxbir soruşub:

- Demək istəyirsiniz ki, Azərbaycan Ordusu Qarabağı işğal (!!!) etsə, kimsəyə, hətta uşaqlara da aman verməyəcək?

- Müharibədə kim-kimə aman verir ki? Güllə, mərmi uşağa, böyüyə baxmır. İndi deyirsiz, göz görə-görə övladlarımızı ölümə verək?

Bu sətirləri oxuyanda istər-istəməz Xocalı soyqırımını xatırladım. Amansızcasına qətlə yetirilmiş, gözləri deşilmiş, əl-ayağı doğranmış məsum azərbaycanlı körpələrin günahı nə idi? Bəlkə, onlar saqqallı erməni köpəklərinə təhlükə törədirdi? Bir valideyn kimi, erməni ananın, atanın təlaşını başa düşürəm.

Əgər yaddaşları korlanıbsa, yaxın illərin hadisələrini ermənilərə yenidən xatırlatmaq istərdim. Qarabağ hadisələrinin “fəal” iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında belə yazır:

 “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra türk uşağının meyitini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri «Xaç uğrunda» kitabında fəxrlə xatırlayır.

“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə, 1200 meyitin üstündən keçdim”.

İndi övladını münaqişə zonasından uzaqlaşdıran, onun taleyi üçün narahat olan erməni valideyndən soruşmaq istərdim:

- Soyqırım törətməkdə, günahsız insanları, əliyalın qadın, qoca və uşaqları qətlə yetirməkdə kim ad çıxarıb?

Bilirəm, cavab əvəzinə yenə xəstə erməni məntiqinizi işə salıb özünüzə bəraət qazandırmağa çalışacaqsız. Amma lənətlənmişlərin ariyasını daha heç kim dinləməyəcək.

Gedin, artıq çoxdan unutduğunuz və itirdiyiniz Ulu Tanrıdan özünüzə rəhm diləyin.