Corc Martin deyib ki, əvvəlcə üç silsilə yazmaq fikrində olsa da, sonradan yeni ideyalar yarandığından əsər 7 cild həcmində alınıb. İndiyə qədər yalnız 5 cild nəşr edilib. Yazıçı deyib ki, artıq 6-cı kitabın üzərində iş gedir. Lakin Martin 6-cı cildin nə vaxt işıq üzü görəcəyi haqqında məlumat verməyib.