Elektron ədəbiyyat və sənət portalı

Cəfər Cabbarlı mükafatlarının təqdimatı mayın 23-də olacaq

Bölmə: Beynəlxalq 20.05.2016

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı AzərTAc-a məlumat verib ki, mayın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mükafatların təqdimetmə mərasimi keçiriləcək. Ənənəvi olaraq bu il də ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Tədbirdə, həmçinin mükafat komissiyasının təsis etdiyi xüsusi diplomlar da sahiblərinə təqdim olunacaq.