Elektron ədəbiyyat və sənət portalı

Lənkəran teatrı hesabat verib

Bölmə: Beynəlxalq 08.05.2016

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirilib ki, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Əsas rolları Əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov, Tərlan Abdul-layev, Gülər Kərimova və başqaları ifa ediblər.

Qeyd edək ki, Lənkəran teatrının truppası Gənc Tamaşaçılar Teatrının səhnəsində digər bir tamaşa ilə də çıxış edəcək. Yaradıcı kollektiv İran rejissoru Xeyrullah Təğiyənipurun quruluşunda iranlı yazar Bəhram Beyzayinin “İlan Sultan” tamaşasını təqdim edəcək.