Elektron ədəbiyyat və sənət portalı

Kamilla Hüseynova səhnə ilə vidalaşır

Bölmə: Beynəlxalq 10.05.2016

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, sənətkar səhnə əsərində Zibeydə obrazını canlandıracaq.

K.Hüseynovanın çıxışları bir sıra xarici ölkələrin - Rusiya, Türkiyə, Fransa, Belarus və Çexiyanın milli teatr səhnələrində çoxsaylı tamaşaçı rəğbəti qazanıb. Aktrisa 20 ildən artıq bir dövrdə repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları yüksək ustalıqla ifa edərək tamaşaçıların yaddaşında dərin iz qoya bilib. Yüksək peşəkarlıq, artistizm, ehtiras və məhəbbətlə yaratdığı Şəhrizad (“Min bir gecə”), Gözəllər gözəli (“Yeddi gözəl”), Tomris (“Rast”), Baycan (“Eşq və Ölüm”), Zibeydə (“Şəhrizad”), Gülyanaq (“Qız qalası”), Leyli (“Leyli və Məcnun” – Q.Qarayev) və onlarla digər obrazı iki onillik ərzində sənətkarı öz sənətində parladıb.

Hazırda K.Hüseynova teatrın balet truppasının, eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır və bütün fəaliyyətini Azərbaycan milli baletinin formalaşması və inkişafına yönəldib.