Elektron ədəbiyyat və sənət portalı

Holokostu kim törədib?

Bölmə: «Aydın Yol»çular 02.05.2016

...Sən demə, ermənilər üçün bundan da böyük “faciə” varmış. Bu yaxınlarda “Aeroflot” şirkətinin İrəvandan Moskvaya uçan təyyarəsində “dəhşətli faciə” baş verib. Belə ki, təyyarə Rusiya paytaxtındakı hava limanına enişdə olarkən sərnişinlər üçün adəti üzrə miqrasiya qaydalarından bəhs edən audioyazı səsləndirilib. Əslində burda qəribə heç nə yoxdur. Şirkət sərnişinlərin rahatlığı naminə onları, gəldikləri əcnəbi dövlətin miqrasiya qanunları ilə tanış edir. Amma...

Bu audioyazılar standart olaraq bir neçə dildə (rus, ingilis, erməni, Azərbaycan, türkmən, tacik və s.) yazılır, bələdçi istədiyi an üstündə müvafiq rəqəm yazılmış düyməni basır və audiosəsləndirici işə düşür. Bu dəfə bələdçi ya tələsdiyindən, ya yorğun olduğundan (ya da azərbaycanlılara xüsusi rəğbət bəslədiyindən!) düyməni çaş-baş salıb və salonda mətnin Azərbaycan dilində olan versiyası səsləndirilib.

Təsəvvür edin ki, təyyarə salonunda əsl “müharibə” başlayıb. İrəvandan Moskvaya uçan bütün sərnişinlər günahkarı axtarmağa başlayıb və hətta bir erməni bağıraraq bələdçi qızı təyyarədən yerə atmağı tələb edib. Layner kapitanının üzrxahlığı da köməyə gəlməyib. Moskvaya uçan  parlament fraksiyasının katibi Tevan Poqosyan bunu ermənilərə qarşı “terror” və “təxribat” adlandırıb. O, psixoloji stress keçirdiyini və alçaldıldığını bəyan edərək bu məsələ barədə müvafiq qurumlara şikayət yazacağını, mənəvi sarsıntı üçün kompensasiya tələb edəcəyini deyib.

Qəribədir, ermənilər “faciə” haqqında tam fərqli düşünürlər. Əgər ağacdan bir alma erməninin başına düşübsə, bu, mütləq “ümumxalq faciəsinə” çevrilməlidir! Amma dünyaya danışdıqları ağ yalanlar, tökdükləri timsah göz yaşları artıq hamını bezdirib. Ermənilərin son günlərdə Rusiya və rusları təhqir etməsinə cavab olaraq, sosial şəbəkə istifadəçiləri onların tarixi ilə bağlı Ren TV kanalının hazırladığı “Hərbi sirr” verilişini paylaşıblar. Tanınmış araşdırmaçı jurnalist İqor Prokopenkonun aparıcısı olduğu həmin verilişdə Ermənistan rəhbərliyi və tarixçilərinin “yaratdığı” saxta tarix mifi məhv edilir:

“Sən demə, misirlilərə piramida tikməyi də ermənilər öyrədib. Yazıq misirlilər. Musanın misirliləri İsrailə aparmasından sonra ermənilər də İngiltərə torpaqlarına köç edibmiş. Yəqin başa düşdünüz ki, müasir ingilislərin əcdadı da ermənilərmiş. Zarafat etmirəm, bu sözlər keçmiş ittifaq respublikasının tarixçilərindən sitatlardır. İngilis tarixçilər vikinqlərdən yox, ermənilərdən törəmə olduqlarını öyrənəndə isə etiraz etdilər, lakin artıq gec idi”.

Proqramda həmçinin İrəvandakı Milli Tarix Muzeyində sərgilənən və özündə ermənilərin “500 min illik tarixini” əks etdirdiyi bildirilən eksponatların olduğu vurğulanıb.

Amma ermənilərin quyusuna su tökənlər də az deyil. Məsələn, telejurnalist Vladimir Solovyovdan sitat: “Hətta bir damla erməni qanı belə azərbaycanlılarda vəhşi, insana xas olmayan nifrət doğurur. Bu nifrət mənə Holokostda baş verənləri xatırladır”.

Artıq çoxdan məlumdur ki, bu satqın jurnalist “erməni faciəsinin alovlu təbliğatçısıdır”. O, Ermənistanın “Şərəf ordeni”nə layiq görülüb. Solovyovun erməniləri təbliğ edən verilişlərində müntəzəm olaraq “Mən Ermənistan deyəndə, Stepanakerti və Qarabağı nəzərdə tuturam” kimi ifadələr işlətməsi sonda ona tula payının verilməsi ilə nəticələnib.

Solovyovun Holokost barədə dediklərinə gəlincə, onun sədaqətlə “xidmət” etdiyi İrəvan “Qaregin Njde medalı” təsis edib. Njde digər “Ermənistan qəhrəmanı” Drastamat Kanayanla birlikdə Holokostun “memarı” - A.Hitlerin yaxın silahdaşı olub və milyonlarla yəhudiyə, digər millətlərin əsir düşmüş vətəndaşlarına qarşı soyqırım törədib.

Görünür, Qarabağı “yaxşı” tanıyan Solovyov məqsədli şəkildə millətini səhv salıb.