Elektron ədəbiyyat və sənət portalı

“Aida” operası Opera və Balet Teatrının səhnəsində

Bölmə: Mədəniyyət 29.04.2016

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində ilk dəfə Aidanın partiyasını Əməkdar artist İlahə Əfəndiyeva ifa edəcək.

Teatrın gənc və istedadlı solisti Nina Makarova isə bu tamaşada ilk dəfə Amneris rolunda səhnəyə çıxacaq. Digər əsas partiyalarda Xalq artisti Əli Əsgərov, Əməkdar artistlər Gülnaz İsmayılova və Əkrəm Poladov çıxış edəcəklər.

Bundan əlavə, teatrın tamaşalarında dəfələrlə çıxış edən, Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili bu dəfə tamaşada Radames partiyasını, Gürcüstanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sulxan Qvelesiani isə Amonasro rolunu ifa edəcək.

Tamaşanı Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru, dirijorların beynəlxalq müsabiqələr laureatı Vyaçeslav Voliç idarə edəcək.