Elektron ədəbiyyat və sənət portalı

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxdı

Bölmə: Ədəbiyyat 08.04.2016

Jurnalın bu sayında:

  • “Nobel kürsüsü” rubrikasında – Tomas Mannın “Venesiyada ölüm” hekayəsi və yazıçıdan sitatlar;
  • “Azərbaycan ədəbiyyatı” rubrikasında Zahid Sarıtorpağın şeirləri;
  • “Bəşəri poeziya” rubrikasında Geri Snayderin şeirləri;
  • “Məktublar” rubrikasında məşhurların sevgi məktubları;
  • “Absurd” rubrikasında Daniil Xarmsın “Yaşıl dəftər” silsiləsindən hekayələri;
  • “Ədəbi irs” rubrikasında Jentil Markeşin “Portuqaliya əfsanələri”;
  • “Çağdaş fransız nəsri” rubrikasında Erik-Emmanuel Şmittin “Oskar və Çəhrayı xanım” romanı;
  • “İlahi keçid” rubrikasında Şəms Təbrizidən “Sufilər üçün qırx qızıl qayda”;
  • “Roman” rubrikasında Haruki Murakaminin “Küləyin nəğməsini dinlə” əsəri;
  • Rus poeziyasından Yevgeni Yevtuşenkonun şeirləri;
  • Yapon ədəbiyyatından seçmə hekayələr və digər maraqlı yazılar təqdim olunur.