Elektron ədəbiyyat və sənət portalı

Şekspir vətənindən kənarda daha məşhurdur

Bölmə: Beynəlxalq 22.04.2016

Respondentlərin 65 faizi Şekspirin əsərlərini sevdiyini və başa düşdüyünü bildirib. Onlar dramaturqun əsərlərini indi də aktual sayırlar. Avstraliya və ABŞ da daxil olmaqla, digər ingilisdilli ölkələrdə bu göstərici Britaniyadan daha yüksək olub.  Şekspiri ən çox sevən və oxuyan ölkələr arasında Çin, Türkiyə və Meksika da var. 

“Britaniya Birliyi”nin regional direktoru Rozmari Xilxorst deyib: “Ölümündən 400 il keçməsinə baxmayaraq, Şekspirin əsərləri bu gün də insanların maariflənməsində əhəmiyyətli rol oynayır.”  Əsərləri dünyanın 80 dilinə tərcümə edilmiş Şekspirin bədii irsi 38 pyes və 154 sonetdən ibarətdir.

NARINGÜL