Elektron ədəbiyyat və sənət portalı

Kubada 14-cü Beynəlxalq Gitara festivalı başlayıb

Bölmə: Beynəlxalq 22.04.2016

Festival məşhur kubalı gitaraçılar Marko Tamayo və Xoakin Klerçin çıxışı ilə açılıb. Daha sonra dirijor Enrike Peres Mesin rəhbərlik etdiyi Kuba Milli Simfonik Orkestrinin müşayiəti ilə Havana Milli Teatrında gitara və simli musiqi alətləri üçün Antonio Vivaldinin “Re-major” əsəri və iki gitara üçün nəzərdə tutulmuş Xoakin Rodriqonun  “Konsert-madriqal” adlı konserti təqdim edilib.

Festivalın fəxri qonaqları arasında məşhur ispan ifaçıları Anabel Montesinos, David Martines, Xaume Torrenta, Eduardo İnestal, braziliyalı gitaraçı Fabio Zanon, amerikalı pianoçu Antoni Spayri və başqaları var.

Festivalda birinci yer üçün 5, ikinci yer üçün 3 və üçüncü yer üçün 2 min ABŞ dolları məbləğində mükafat müəyyən edilib. Festival aprelin 24-də başa çatacaq.

NARINGÜL