Elektron ədəbiyyat və sənət portalı

Dövlət Tərcümə Mərkəzinin əməkdaşları mükafatlandırıldı

Bölmə: Xəbər 01.01.2024

Azərbaycan Dövlət Tərcümə Mərkəzində 2023-cü ilin yekunlarına dair tədbir keçirilib.

Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud tədbiri giriş sözü ilə açaraq il ərzində görülən işlərdən, Mərkəzin dil  tərcümə sahəsində ərsəyə gətirdiyi nəşrlərdən, həyata keçirilən uğurlu beynəlxalq layihələrdən danışıb.

Tədbirin sonunda Mərkəzin əməkdaşlarına mükafatlar təqdim olunub. Bədii tərcümə işinə verdiyi xüsusi töhfələrə görə yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir N.Qarayev, şair-tərcüməçi Salam Sarvan,  yazıçı-tərcüməçi İlqar Əlfi, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, həmçinin il ərzində göstərdiyi səmərəli fəaliyyətə görə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Püstə Axundova, Nəşriyyat və Poliqrafiya İdarəsinin rəisi Aqil Əmrahov, Tərcümə işinin təşkili şöbəsinin əməkdaşları – Nəzakət Ağayeva və Kəmalə Ələkbərova xüsusi mükafatlarla təltif olunub.