Elektron ədəbiyyat və sənət portalı

Vaqif Bayatlı Odərin şeirləri Almaniya ədəbiyyat portalında

Bölmə: Xəbər 05.01.2023

Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin alman dilinə tərcümə edilmiş “Hər kəsdən çox”, “Uşaqlar və hərflər” və “Gül düzəldirəm adamlardan” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru – Almaniyanın ədəbiyyatşünas alimi Kerstin Krapsdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

 

Vaqif  Bayatlı Odər

(1948)

 

– Şair, tərcüməçi;

– Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib;

– “Ulduz” jurnalının şöbə müdiri, “Xəzər” jurnalının baş redaktoru vəzifələrində çalışıb;

– “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” və “Bəy atlı şeirlər” kitablarının müəllifidir;

– “Mirzə Cəlil” və “Vladimir Mayakovski” mükafatları laureatıdır;

– “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.