Elektron ədəbiyyat və sənət portalı

“Kim”liyini pula satan yazar

Bölmə: «Aydın Yol»çular 04.03.2016

Kim Naumoviç Bakşi 1931-ci ildə Moskvada doğulub. Moskva Dovlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Xam torpaqlara işləməyə gedib. Traktorçu olub, ucsuz-bucaqsız taxıl və qarğıdalı zəmilərində kombayn sürüb, alın təri ilə çörək qazanıb. İlk hekayə və povestlərini də əmək cəbhəsində çalışan fədakar insanlara həsr edib. Bəlkə də yaradıcılığını bu mövzuya - həyat həqiqətlərini əks etdirən əsərlərə həsr etsəydi, bu gün Rusiyanın adlı-sanlı yazarları sırasında yer tutardı. Amma...

Kim Bakşi 1963-cü ilin bir yaz günündə qəfil yuxudan oyanır və hiss edir ki, qəlbi erməni xalqına məhəbbətlə aşıb-daşır, necə deyərlər, erməni ilham pərisi onun bütün varlığına hakim kəsilib. Bu “sevgi” yazıçıya elə ilham verir ki, bu günədək erməni mövzusundan başqa ağlına heç nə gəlmir. “Əsrlər boyu türklərin təqiblərinə məruz qalmış zavallı erməni xalqının acı taleyi”ndən bəhs edən “Qartal və qılınc”, “Tale və daş”, “Müqəddəs Lazarın zühuru” kitabları, “Matenadaran” adlı 20 seriyalı televiziya filmi İrəvanda Dövlət Mükafatına, hətta ABŞ-dakı erməni diasporunun xüsusi mükafatına layiq görülüb.

Deyə bilərsiniz ki, yazıçı azad adamdır və əsərlərini ruhuna yaxın olan mövzulara, sevdiyi xalqa həsr edə bilər. Razıyam. Özü də nəzərə alsaq ki, rus yazıçı və şairlərinin digər millətlərin həyatından bəhs edən minlərlə əsərləri var, deməli, Bakşiyə irad tutmaq yersizsir. Amma...

Bu günlərdə Ermənistan KİV-i yazıçının ölkə prezident S.Sarkisyana ünvanladığı müraciəti dərc edib. K.Bakşi xüsusi vurğulayıb ki, onun əsərləri Z.Balayanın yazılarından heç də geri qalmır və erməni xalqının tarixi keçmişini araşdırmağa xidmət edir. O, bildirib ki, son kitabı da  “Artsaxın müstəqilliyini tərənnüm və təbliğ edir, Qarabağın qədim erməni torpaqları olduğunu önə çəkir”. Amma bütün bunlara rəğmən yaradıcılığını davam etdirmək üçün ona kifayət qədər pul ayrılmır, bu səbəbdən də maddi vəziyyəti ağırdır.

“ ...Neçə ildir ki, xərçəng xəstəliyi ilə mübarizə aparıram və kitabı da bu dövrdə yazmışam. Erməni xalqına hədsiz məhəbbətim mənə xəstəliyimi də unutdurub. Ermənistanın və Artsaxın əlaqədar nazirlikləri kitabın rus və erməni variantının Şuşada təqdimatına, sonra isə ingilis dilinə tərcüməsinə söz vermişdilər, lakin deyilənlərin heç biri baş tutmadı. Ona görə də, cənab prezident, sizə yalvarıram...”

Ardını oxumağa ehtiyac yoxdur. Həqiqət bəlli oldu. Deməli, hər şey pulun başında fırlanırmış. Erməni məhəbbəti, “tarixə faktlara söykənən qədim erməni torpaqları haqqında danılmaz həqiqətlər” boş xülyadan başqa bir şey deyilmiş. Erməni tərəfi uzun illər yəhudi əsilli rus yazıçısının “məhəbbətini” pulla satın alırmış. Növbəti tula payı azacıq ləngiyən kimi, ara qarışdı.

Kim Bakşi kimilər üçün əli və mövcud olmayan vicdanı azərbaycanlıların qanına bulaşmış Sarkisyan və Balayandan pul almaq adi bir şeydir. Amma görünür bu dəfə erməni işbazlar rus dostlarına “atmaq” qərarına gəlib.

Şübhəsiz “Artsax haqqında həqiqətlər” deyəndə satqın yazıçı nə işğal olunmuş ərazilərimizi, nə Xocalı qətliamını, nə də erməni qəsbkarları tərəfindən viran qoyulmuş şəhərləri, kəndləri nəzərdə tutur. Məncə, o, nəinki “erməni soyqırımı” haqqında arxiv materiallarını və Dağlıq Qarabağın müasir tarixini, heç Balayanın əsərlərini də oxumayıb. Oxusaydı, bir yazıçı kimi, ilk növbədə adi vətəndaş kimi, Zorikin sərgilədiyi faşizm və separatçılıq ideyalarından dəhşətə gəlib yazıçılığın daşını çoxdan atmalı, yaxud haqq yoluna qayıtmalı idi.

Məncə, Kim Bakşi hələ konkret olaraq Sarkisyanın əlindən pul almayıb. Bəlkə belə olsaydı Serjin gözlərinin içinə baxmaq imkanı olardı. Bu nifrət dolu gözlərin qana susadığını, onun xəstə canavar kimi hər bir azərbaycanlının qanını içməyə hazır olduğunu görərdi.      

Xərçəng xəstəliyi bunun yanında nədir ki?!