Elektron ədəbiyyat və sənət portalı

“İşlək orfoqrafiya lüğəti”ndə anlaşılmaz söz olmayacaq

Bölmə: Ədəbiyyat 17.02.2016

Orfoqrafiya lüğətinin tərifi: “Orfoqrafiya lüğəti – sözlərin düzgün yazılışını bildirən, izahlı lüğətdən fərqli olaraq, yalnız yazılış qaydasını müəyyən edən dil vəsaitidir”.

Bildirildiyi kimi, artıq neçə aydan bəridir ki, ARNK yanında Tərcümə Mərkəzində “İşlək orfoqrafiya lüğəti” üzərində iş gedir. Məqsəd, hazırda istifadədə olan “Azərbaycan dilinin orfoqrafiya luğəti»ndə yer almış yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars, rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılmış, bəzən iki-üç şəkildə verilmiş sözlərin, eləcə də sahə lüğətlərinə aid terminlərin, dərman, kimyəvi element, adam, şəhər, içki, rəqs, rayon, əcnəbi kənd adlarının təmizlənməsi, əvəzində milli ədəbi nümunələrdən aranıb tapılmış sözlər daxil edilməklə işlək, aydın dil vəsaitinin ərsəyə gətirilməsidir.

Hazırda “A” hərfi bölümü üzərində işlər tamamlanmışdır. Bu sayımızdan başlayaraq, adıçəkilən kitabdan, orfoqrafiya lüğəti qaydalarına uyuşmadığı səbəbindən çıxarılan sözlərin təsnifatını nəzərinizə çatdırır, oxucuların, dil və lüğət mütəxəssislərinin fikir və mülahizələrini, irad və təkliflərini gözləyirik.

 “Aydın yol”