Elektron ədəbiyyat və sənət portalı

“Avatar-2”nin çəkilişləri başlayır

Bölmə: Beynəlxalq 06.02.2016

Çəkilişlər Yeni Zelandiyada aparılacaq. Qeyd edək ki, Ceyms Kemeronun 2009-cu ildə çəkilmiş “Avatar” filmi böyük şöhrət qazanmışdı. Ekranlara çıxmasından 7 il keçməsinə baxmayaraq, “Avatar”, hələ də kinematoqraf tarixində ən çox gəlir gətirmiş (2,78 milyard dollar) filmlərin siyahısına başçılıq edir.  Siyahıda 2-ci yeri 2,19 milyard dollar qazanmış “Titanik” filmi tutur. Lakin bu il daha bir ekran əsəri - “VII ulduz müharibəsi: Güclərin oyanışı” filmi də həmin siyahıya daxil edilib. Belə ki, bu film nə az, nə çox, düz 1,73 milyard dollar gəlir gətirib.

“Avatar”ın birinci hissəsində baş rolları Zoi Saldan və Sem Uortinqton ifa ediblər.

NARINGÜL