Elektron ədəbiyyat və sənət portalı

“Xaç atası” filminin arxiv materialları hərraca çıxarılacaq

Bölmə: Beynəlxalq 06.02.2016

Alıcılara təqdim edilən əşyalar arasında romanın 744 səhifəlik qaralaması, ssenari layihəsi, filmin rejissoru Frensis Ford Koppola ilə yazıçı Mark Pyuzonun yazışmaları, eləcə də müəllifin yazı makinası və müxtəlif hadisələrlə bağlı qeydləri yer alıb. Həmçinin arxivdə rejissor Koppolanın filmin geniş, detallı instruksiyası olan və filmin hər aspektinin yazıldığı, təsvir edildiyi “Xaç atasının Bibliyası” da var.

Hərrac fevralın 11-də Bostonda başlanacaq və fevralın 18-nə qədər davam edəcək.

Qeyd edək ki, yazıçı Pyuzonun, italyan mafiyasından bəhs edən “Xaç atası” romanı 1969-cu ildə ABŞ-da işıq üzü görüb.  Əsərin ilk adı “Mafiya” olub. 1972-ci ildə əsəri rejissor Frensis Ford Koppola ekranlaşdırıb. Filmdə don Korleone rolunda Marlon Brando, Maykl Korleone rolunda isə Al Paçino çəkilib. Koppola 1974-cü ildə “Xaç atası II” filmini Robert de Nironun iştirakıyla çəkib. Trilogiyanın sonuncu hissəsi 1990-cı ildə ekranlara çıxıb.

NARINGÜL