Elektron ədəbiyyat və sənət portalı

Ən qədim mumiya Azərbaycanda tapılıb

Bölmə: Beynəlxalq 06.02.2016

Bu gün dünyada mövcud olan mumiyalar iki növə ayrılır: təbii və kimyəvi mumiyalar. Misirdə tapılan mumiyalar kimyəvi mumiyalar hesab olunur. Təbii mumiyalar isə özü üç yerə ayrılır: buz, palçıq və duz mumiya. İlk buz mumiya İtaliyada tapılıb. Duz mumiya isə yalnız 12 il öncə Zəncan əyalətində Çehrabad duz mədənində qazıntı zamanı aşkarlanıb.

İlk duz mumiyanın tədqiqi, onun tarixinin müəyyən olunması məqsədi ilə, bi işə Oksford Universitetinin mütəxəssisləri cəlb edilib.

Elmi araşdırmalar nəticəsində məlum olub ki, mumiya 2350 il əvvəl yaşamış 16-18 yaşlı gənc oğlana aiddir. O, çiynində duz kisəsi daşıyarkən uçqun altında qalıb. Gənc mumiya-oğlanın üzərindəki kətan parçadan olan paltarı, bıçaq, ayaqqabısı və dəridən olan duz kisəsi öz orijinallığını itirmədən, xarab olmadan günümüzədək gəlib çatıb.

NARINGÜL