Elektron ədəbiyyat və sənət portalı

Tərcümə Mərkəzinə Çexiyadan rəsmi dəvət

Bölmə: Ədəbiyyat 11.12.2015

Çexiyanın “Svet Knihy” təşkilatının direktoru, Praqa Beynəlxalq Kitab Sərgisinin rəhbəri xanım Dana Kalinova tərəfindən Azərbaycan rəsmi dairələrinə ünvanlanan məktubda 21-ci Praqa Beynəlxalq Kitab Sərgisində uğurla təmsil olunan Azərbaycanın növbəti ildə keçiriləcək sərgiyə rəsmi dəvət aldığı bildirilir.

Qeyd edək ki, Tərcümə Mərkəzi ötən Praqa Beynəlxalq Kitab sərgisinin Ən Fəal İştirakçısı elan edilmiş, Praqa Kitab Sərgisi rəhbərliyindən Mərkəzin elektron poçtuna daxil olan məktubda, sərgidə ilk dəfə iştirak edən Azərbaycanın aktivlik göstəricisinin ABŞ, Böyük Britaniya, Rusiya, Misir, Fransa kimi ölkələrin göstəricilərindən fərqlənmədiyi bildirilmişdi.