Elektron ədəbiyyat və sənət portalı

“Əli və Nino” filmi Amerikada

Bölmə: Mədəniyyət 11.12.2015

“Əli və Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı laureatı Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Homayun Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

Qeyd edək ki, filmin çəkilişləri 2015-ci il fevralın 24-dən başlamış və iyun ayınadək davam etmişdi. Çəkilişlər Bakının bir sıra məkanlarında, tarixi İçərişəhərin küçələrində, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.

Filmin yaradıcı heyəti gözəl ssenari, beynəlxalq işçi heyəti, çəkiliş üçün çox gözəl məkanlar və güclü aktyor heyətinə əsaslanaraq, bu ekran əsərinin böyük uğur əldə edəcəyinə ilk gündən əminliyini bildirmişdi.

Film ilk dəfə “Sundance” beynəlxalq film festivalında geniş ictimaiyyətə təqdim ediləcək. ABŞ-ın Yuta ştatının Park Siti şəhərində baş tutacaq sayca 31-ci festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq, eləcə də 9 filmə baxış keçiriləcək.