Dil haqqında deyilənlər

Bölmə: Art 24.08.2018

Dili xalq yaradır, filoloqlar sistemləşdirir, yazıçılar isə ondan söz sənəti yaradırlar.

V.Belinski

Çox dil bilən adamın sanki bir qıfıla bir neçə açarı olur.

Volter

Dil – fikrin libasıdır.

S.Conson

 

Xarici dil bilməyən adam öz dilini də yaxşı bilməz.

İ.Höte

 

Dil elə bir qurğudur ki, gərək yayının cırıldamağına imkan verməyəsən.

A.Rivarol

 

Dillər arasında fərq o qədər böyükdür ki, bir dildə ko­bud səslənən söz o biri dildə tamam fərqli səslənə bilər.

D.Drayden

Dil və söz ağacın budağı və yarpağı kimidir.

A.Peres

 

Dil xalqın təfəkkürünün güzgüsüdür. Hər millətin intel­lekti stereotip kimi dilinə keçir və medal kimi ora həkk olunur.

X.Sexador

 Nə olursa-olsun, doğma dil öz doğmalığında qalır. Ürəkdən danışmaq istəyəndə ağlına bir fransız sözü gəlməyəcək. Əgər başqalarından seçilmək istəyirsənsə, bu, başqa məsələ.

L.Tolstoy

Yalnız ölü dillər əbədiyyətə qovuşur.

A.Rivarol

 

Bir xalqın xarakterini bilmək istəyirsənsə, əvvəl onun dilini öyrən.

Pifaqor

Əgər dilə öz şirəsindən, kökündən bəhrələnməyə və öz mayasında qıcqırmağa imkan verməsəniz, zəngin­ləşməz, müasir tələblərə cavab verə bilməz.

V.Dal

Yaxşı ifadə edilmiş fikir bütün dillərdə müdrik səslənir.

D.Drayden

 

Ən mükəmməl dil o dildir ki, onun vasitəsilə az sözlə böyük məna ifadə edə biləsən.

P.Buast

 

Gözəl dil hətta ən sarsaq fikrə də ləyaqət donu geyindirir.

V.Şvebel

 

Öz dilini bilməyən adamın susmağı da qüsurlu olur.

S.Lei

 

Hazırladı: N.ƏLİYEVA