Azərbaycan poeziyası Belarusda

Bölmə: Xəbər 31.07.2018

Azərbaycan Tərcümə Mərkəzinin növbəti beynəlxalq nəşri – XX əsr Azərbaycan poeziyasının mənzərəsini əks etdirən “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” (poeziya) kitabı Belarusda işıq üzü görüb.

Milli poetik fikrin Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Arif,  Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Kərim, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Fikrət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Adil Mirseyid, Rüstəm Behrudi, Salam Sarvan kimi simalarının əsərləri toplanan kitabı Belarus dilinə tanınmış Belarus şairləri T.Sivets, H.Qalparoviç, Y.Aleyçanka, V.Raduk, Y.Mastak və V.Vaşcanka tərcümə edib.

Azərbaycan və Belarus ədəbi münasibətlər tarixində ilk hadisə olan bu nəşr Belarusun “Zvyazda” nəşriyyatı tərəfindən çap olunub.

Kitabın tərtibçisi T.Sivets, redaktoru V.Katseviçdir.