Elektron ədəbiyyat və sənət portalı

Xalq yazıçısı Elçinin “Baş” romanı Misirdə nəşr olundu

Bölmə: Xəbər 28.06.2018

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində ərsəyə gələn növbəti nəşr – görkəmli Azərbaycan yazıçısı Elçinin “Baş” romanı Misirdə işıq üzü görüb.

Misirin “Əl-Ədəb” nəşriyyatında nəşr olunmuş kitabı orijinaldan ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydi tərcümə edib.