Elektron ədəbiyyat və sənət portalı

"Dağları alçaltmadan çölləri yüksəldən" müdirk türk

Bölmə: Dünya ədəbi prosesi 04.07.2018

Planetar düşüncənin milli dəyərlər əsasında formalaşdığını, rəngarəng milliliklərinsə insanların düşüncə tərzlərini daha da zənginləşdirəcəyini söyləyən Oljas Süleymenov çağdaş türk dünyasının tanınmış şəxsiyyəti, qazax xalqının mərd oğlu, şöhrətli şair, görkəmli publisist alim, türk xalqları tarixinin tədqiqatçısı kimi çox dəyərli əsərlərin müəllifidir. O.Süleymenov təxminən yarım əsrdən həridir türk dünyası poeziyasına, tarixinə və ədəbiyyatına təmənnasız xidmət göstərir, sözdə deyil, əməldə xalqların, mədəniyyətlərini dərindən bildiyi türk və slavyan xalqlarının daha çox yaxınlaşması üçün çalışır.

Gözəl şair, dəyərli tarixçi alim olmaqla yanaşı, ictimai və siyasi xadim kimi də geniş dairədə tanınan Oljas Süleymenovun adı Azərbaycan üçün olduqca doğma və əzizdir. O.Süleymenovun yaradıcılığında Odlar diyarı ilə bağlı bir çox həqiqətlər öz əksini tapıb... Oljasın Azərbaycana münasibəti əsl dostluq və qardaşlıq etalonudur. O, bizim böyük klassiklərimizin yubiley təntənələrinin iştirakçısı olmuş, Moskvada N.Nərimanovun yaşadığı evdə xatirə lövhəsinin açılışından xəbər tutan kimi Oljas ora gəlmiş, tədbirə qatılmış və çıxış etmişdi... 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Oljasın Bakıya gəlməyini və burada gördüklərini dünyaya çatdırmağını isə unutmaq mümkün deyil...

O. Süleymenovun bir neçə kitabı Bakıda nəşr olunmuş, “Az- Ya” kitabının Türkiyə nəşri isə Azərbaycan nəşrindən tərcümə edilmişdir...

Oljas Ömər oğlu Süleymerıov 1936-cı il mayın 18-də Qazaxıstanın Almatı şəhərində hərbçi ailəsində dünyaya göz açmışdır. 1959- cu ildə Qazaxıstan Dövlət Universitetinin geologiya fakültəsini, 1961- ci ildə isə Qorki adma Ədəbiyyat İnstitutunu bitirmişdir. 0,1971-8I- ci illərdə Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, 1983-cü ildən birinci katibi, həmçinin 1981-83-cü illərdə Qazaxıstan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin birinci katibi olmuşdur.

1980-cİ illərin sonlarından etibarən fəal ictimai-siyasi həyat meydanına atılan Oljas “Nevada-Semipalatinsk nüvə əleyhinə hərəkatın və Qazaxıstan Xalq Konqresi Partiyasının əsasını qoymuşdur. 1990-cı illərdə Türk Xalqları Konqresinin keçirilməsində Oljas Sü- leymenov müstəsna xidmətlər göstərmişdir. O, Dialoq Avrasiya platformasının yaradıcılarından və fəal iştirakçılarındandır.

Olj as Süleymenovun əsərləri 1959-cu ildən işıq üzü görür. O, “Torpaq, insana təzim et!” (1961) poemasının, "Yel qanadlı atlar” (1961), "Nurlu gecələr” (1962), "Gün doğanda” (1964), "Meymun ili” (1967), "Gil kitab” (1969), "Dəyirmi ulduz” (1975) və s. şeir kitablarının müəllifidir. Fəlsəfi düşüncə, vətəndaşlıq ruhu, publisistlik və emosionallıq onun xüsusi koloritiylə seçilərək, şifahi və yazılı qazax şeiri ənənələri ilə dərin bağlılıqda olan poeziyasının səciyyəvi cəhətlərini təşkil edir. O.Süleymenovun eyni zamanda kinossenariləri və filologiyaya dair əsərləri də mövcuddur. 1975-ci ildə onun sonralar böyük qalmaqallar yaradacaq “Az-Ya” (A3 H 51) kitabı nəşr edilmişdi. Əsər Çöllə Rus arasında münasibətlərin işıqlandırılmasında çevriliş törətmişdi...

...Türkologiya sahəsində qazandığı böyük nailiyyətlərə görə Olj as Süleymenov 2002-ci ildə Kül-tegin mükafatına layiq görülübdür. Onun yaradıcılıq fəaliyyəti boyu qazandığı çoxsaylı mükafatlar sırasına Qazaxıstanın ali dövlət mükafatlarından — “Otan” ordeni, Ukraynanın yüksək dövlət mükafatlarından olan "Yaroslav Mudrı” ordeni, həmçinin Azərbaycanda layiq görüldüyü “Şöhrət” ordeni də daxildir.

Oljas Süleymerıov təfəkkürü müasir poetika ilə yanaşı, eyni zamanda zəngin etnoqrafik potensiala malik olan bir şairdir. Müasir qazax ədəbi-ictimai fikrinin bu parlaq siması az qala ilabi bir idrakla bu gündə keçmişi görür, tarixin kontekstində bu günü dərk elədiyi bəmin böyük ölçüdə bu günü də tarixin miqyasıyla ölçür. "Köçəri”, “Gəl çat”, "Qarağac”, "Qurd balaları”, "Kuman mahnısı”, "Səhrada gecə” kimi şeirlərində Oljas öz içərisində keçmişi axtarır, "çöl qanunlarıyla” poetik əxlaqı gün işığına çıxarır.

O.Süleymenovun lirik yaradıcılığı 1900-cı illərin ikinci yarısında nisbətən daha analitik məzmun daşıyır. Türkün çöl, yazı həsrətini onun qədər gözəl duyan bir başqa türk şairini təsəvvürə gətirmək olduqca çətindir. Gerçəkdən də, bu əsərlərində “Oljasın qədim türk çölləri boyu Şərqdən Qərbə çapan bir atlıya bənzəri var”.

Olj as Süleymenovun poetik-bədii təfəkkürü çox əski qaynaqlardan baş alıb gəlir. O, məhz 1970-ci illərin sonu — 80-ci illərdə ümum- türk poeziyasının ən görkəmli nümayəndəsi olaraq dünya şöhrəti qazanır.

Doğrudan da, sabahın türk poeziyasını geniş fəaliyyət meydanına çıxarmaq üçün ən böyük addımı atan “Oljas Süleymenov ümumən dövrümüzün şairidir və deməli, bəm keçmişin, həm də gələcəyin şairidir”.

Oljasın bütün poeziyası ucsuz-bucaqsız çöllərin, yazıların nəfəsi və rayihəsilə doludur, amma eyni zamanda o, dağların əzəmətinə də heyrandır. Onun elmi araşdırmalarının mayası da elə bu ikili düsturdan yoğrulubdur. "Tarixdən öncə türklər”, “Yazının dili” adlı əsərləri yeni və orijinal baxışıyla fərqlənərək müəllifin geniş erudisiyasına, tədqiqatının dərinliyinə, mövqeyinin dəqiqliyinə yalnız qibtə doğurur.

“Köçərilər və Rus” mövzusunda etimologiyaya dair yazılarla Oljas Süleymenov hələ 1962-ci ildən çıxış etməyə başlamışdı. 1970-ci illərdə işıq üzü görən “Az-Ya” kitabını isə mühafizəkar düşüncəlilər top-tüfənglə qarşıladılar. Onlar türk mədəniyyətinin slavyan mənəvi dəyərlərlə bərabər tutulmasının qəti əleyhinə idilər. Yalnız bir neçə alim və onların da sırasında görkəmli etnos nəzəriyyəçisi Lev Qumilyov ənənəvi və bəsit baxışların fövqündə dayanaraq Oljasın kitabını layiqincə qiymətləndirməyi bacardılar.

Xoşməramlı oxucuya ünvanlanmış son dərəcə dəyərli "Az-Ya” əsərinin Moskvada SSRİ Elmlər Akademiyasında 1976-cı ilin fevralında aparılan müzakirələrdən sonra yasaq olunmasının da məlum səbəbləri vardı. Müəllif tarixi hadisələrə və əsərlərə özünəməxsus yanaşma tərziylə seçilən kitabda o dövr üçün qadağa qoyulmuş mövzulara toxunmuşdu. Bundan başqa, O.Süleymenov “Az-Ya”sında bəmin vaxta qədər türkologiyada və bind-Avropa dilçiliyində söylənənlərə büsbütün yeni gözlə baxırdı. Yəni müəllifə görə, "İqor polku dastanı” — nadir abidədir, burada bir çox türk sözləri öz ilkin mənalarında qalmışdır. Gözəgörünməz türkizmlər — Xll əsr slavyan dialekti əsasında yaradılmış 'İqor polku dastanı’nın həqiqətən qədim olmasını sübut edən çox kəsərli dəlildir”.

İki hissədən ibarət “Az-Ya”nın birinci hissəsində rusların məşhur “İqor polku dastanı” fonunda O.Süleymenovun slavyan və türk xalqları tarixinin, mədəniyyətinin və dilinin ayrı-ayrı inkişaf mərhələlərinə dair görüşləri əksini tapır. Burada müəllif Dastandakı türk mənşəli sözlərə - Dastan mətninə Xl-Xll əsrlərdə daxil olmuş və sonradan slavyan mənşəli deyə qəbul edilən türkizmlərə geniş ölçüdə aydınlıq gətirir. Rus tarixinə dair salnamələri və dünya tarixi ilə bağlı ən mühüm əsərləri diqqətlə gözdən keçirən filoloq alim “İqor polku dastanı’hın yazıya alınması ətrafındakı ziddiyyətləri də ortaya çıxarır, Xl-Xll yüzillərdə ruslarla poloveslər arasında sıx siyasi, iqtisadi və mədəni əlaqələr olduğunu açıq dəlillərlə sübuta yetirir. O.Süleymenova görə, 1X-X111 əsrlərdə türk-slavyan əlaqələri bütün sahələri əhatə etdiyindən və neçə-neçə türk mənşəli söz slavyanca işlədildiyindən bu dövr slavyan-türk ikidilliliyi olaraq öyrənilməlidir.

“Şumemamə” adlanan ikinci hissədə isə türk-şumer əlaqələri, ən qədim türk dövrüylə əlaqəli bir sıra dil məsələləri, mifoloji anlayışlar və tarixi adlar araşdırılır. Oljas Süleymenov burada qaynaqlar əsasında əski türk dövrüylə bağlı yanlış qənaətləri, o cümlədən Orxon-Yenisey abidələrinin İran mənşəli olduğu baqda fikirləri tənqid edir, ortaq türk mədəniyyətinin araşdırılmasında paleoqra- fiya ilə yanaşı, bir sıra digər elm sahələrinə də əsaslanmağın gərəkli olduğunu vurğulayır. Orxon-Yenisey yazılarının daha çox linqvistik yöndən araşdırıldığını və Şərq tarixinə ümumən qısqanclıq dolu baxışın hakim olduğunu söyləyən müəllif dilin hər bir xalqın tarixinin araşdırılması baxımından mötəbər roluna diqqəti çəkir. Türk dillərinin mənşəyi məsələsinin doğru-düzgün həllini tapmadığını söyləyən O. Süleymenovun qənaətincə, Altay dil ailəsinin hind-Av- ropa nümunəsində olduğu kimi təsnifi doğru deyil.

Əsərdə şumer və türk dillərində sözlərin qarşılaşdırmalı cədvəli verilmişdir ki, bunların da tarixi-etimoloji təhlili şumerlərlə türklər arasındakı mədəni əlaqələrdən xəbər verir.

Rus dilində yazılmasına baxmayaraq, Oljas Süleymenovun istər “Az-Ya'sı, istərsə də başqa əsərləri türk xalqlarında milli şüurun oyanışına təsir gücü baxımından ana dilində yazılan yüz-yüz kitabdan daha böyük əhəmiyyət daşıyır.

Oljas Süleymenov 2006-cı ilin ortalarından Qazaxıstan Respublikasının YUNESKO-dakı daimi nümayəndəsidir. Ona qədər isə Oljas dünyanın iki ən gözəl şəhərində Romada və Parisdə müstəqil Qazaxıstanın səfiri işləyib. Tanınmış yazıçı Anarın yazdıqlarına əsasən, o, “İtaliyada səfir olmağa etrusklara görə razı olubmuş. Etrusklar İtaliyanın qədim sakinləridir və Oljasın fərziyyəsinə görə, genetik olaraq əski türklərlə bağlıdırlar. Yəni diplomat işində də Oljas elmi axtarışlarının bu yönünü unutmur və yeni əsərləri üçün məlumat toplayır”.

Hələ çox gənc yaşlarındaykən yazdığı şeirlərindən birində bəyan etdiyi “Dağları alçaltmadan Çölləri yüksəltməli” müdrik kəlamına bu günəcən sadiq qalan ustad Oljas Süleymenovun həmin yeni əsərlərini Azərbaycan oxucusu yenə öz doğma ana dilində görmək arzusundadır. Tanrı bu yolda yardımçı olsun!..

Cəlal BƏYDİL (MƏMMƏDOV)