Elektron ədəbiyyat və sənət portalı

Nəcib Məhfuz və tarixi həqiqətlərə sədaqət

Bölmə: Dünya ədəbi prosesi 04.07.2018

Ərəb ölkələrində müxtəlif yaşlarda olan və fərqli peşələrə sahiblərindən Nəcib Məhfuz haqqında həmişə xoş söz eşitmək olur. Onun romanlarını oxumayan, əsərləri əsasmda çəkilən filmlərə baxmayan orta təhsilli misirli, sudanlı, suriyalı, yaxud iraqlıya təsadüf etmək, demək olar, mümkün deyil. Artıq uzun illərdir ki, Məhfuz yaradıcılığı ərəb ədəbi tənqidinin diqqətini özünə cəlb edir.

Nəcib Məhfuz Əbdüləziz 1911-ci ilin 11 dekabrında Qahirənin əl-Cəmaliyyə rayonunda xırda məmur ailəsində anadan olub.

Məhfuz gənclik illərini həyatının ən xoşbəxt, qayğısız anları kimi xatırlayır. Dostları ilə tez-tez müəllimlərə məxsus Köhnə Qahirədəki kiçik mağazaya baş çəkər, boş vaxtlarını tünd-qara çay içib, müxtəlif mövzular ətrafında müzakirələr aparmaqla keçirərdilər. Məhz həmin dövrdən Məhfuz paytaxtın qədim məhəllələrini sevməyə başladı, sonradan bu yerlər onun Qahirə silsiləsindən olan romanlarında cərəyan edən hadisələrin mərkəzində əsas yer aldı.

"Mənə elə gəlir ki, yazıçının müəyyən bir yer, müəyyən bir əşya ilə bağlılığı olmalıdır. Məhz belə olduqda həmin yer və əşya ona hisslərini ifadə etmədə, yaradıcılıqda daha da irəliyə getmədə istinad nöqtəsi rolunu oynayacaq", - deyə Məhfuz qeyd edirdi.

Hələ orta məktəbdə oxuyarkən Məhfuz ədəbiyyat sahəsində öz gücünü sınamaq qərarına gəlir. O, detektiv

janrında novellalar yazır, kiçik həcmli əsərlərində 20-ci illərin məşhur sentimental hekayə ustası Mustafa Lütfi əl-Mənfəlutini təqlid etməyə çalışır. Lakin əlinə yenicə qələm alan yazara "nəslin müəllimi" adım alan Taha Hüseyn yaradıcılığının daha çox təsiri olur. Hətta o, Taha Hüseynin məşhur avtobioqrafik əsəri olan "Günlər"ə nəzirə kimi "İllər" povestini yazır, amma gənclik dövründə qələmə aldığı digər əsərlər kimi onu da heç vaxt çap etdirmir.

 

Nəcib Məhfuz üçün ilham mənbəyi rolunu eyni zamanda, Misir ədəbiyyatında tənqidi realizmin baniləri olan Tofiq əl-Həkim, Abbas Mahmud əl-Aqqad, Yəhya Haqqı və Mahmud Teymur kimi məşhur yazıçıların da əsərləri oynamışdır.

Gənc Məhfuza Misirdə darvinizm və sosialist ideyalarının ilk təbliğatçılarından olan Salama Musanın da güclü təsiri olmuşdur. Məhfuzun öz dediyinə görə o, Musadan "elmə və sosializmə inamı, həmçinin obyektivliyi" öyrənmişdi.

Məhfuzun uşaqlıq və gənclik illəri Misir həyatında baş verən ən vacib hadisələrlə - I Dünya müharibəsi və "Misir misirlilər üçündür" şüarı ilə başlayan, müstəmləkə əleyhinə olan 1919-1921-ci illər inqilabı - eyni vaxta təsadüf edir. İngiltərə protektoratlığın ləğvinə məcbur qalmışdı. 1922-ci ildə Misirdə müstəqil krallıq elan edildi. Lakin "müstəqillik" kəlməsi yalnız kağız üzərində keçərli idi: Britaniya işğalçı qüvvələri hələ də Misir ərazisində qalır, ölkənin xarici siyasətinə faktiki olaraq ingilis səfir rəhbərlik edirdi. Milli burjuaziya partiyası sayılan "Vəfd"in başçılıq etdiyi vətənpərvər qüvvələr ölkənin həqiqi müstəqilliyi uğrunda mübarizələrini davam etdirirdilər.

Əksər həmyaşıdları kimi, gənc Məhfuz da ingilislər əleyhinə nümayişlərdə fəal iştirak edir, "Vəfd" partiyasını və ona rəhbərlik edən Səad Zağlulu dəstəkləyirdi. İllər sonra qeyd olunan hadisələri o, "Beynəl-Qasreyn" romanında əks etdirdi.

On səkkiz yaşında Məhfuz Qahirə Universitetinin Fəlsəfə fakültəsinə qəbul olur. 1934-cü ildə oranı fərqlənmə ilə bitirib, estetika sahəsində dissertasiya yazmağa başlayır. Lakin bir müddətdən sonra fəlsəfəni bir kənara qoyub, yazıçılıq sənətini seçir.

30-cu illərdə "ər-Rıvayə" başda olmaqla, bir sıra Qahirə jurnallarında Məhfuzun ilk hekayələri nəşr olunur. Daha çox sosial mövzulara müraciət edən gənc yazıçının Yəhya Haqqı və Mahmud Teymurdan bəhrələndiyi o dəqiqə hiss olunurdu. Lakin həmvətənlərindən fərqli olaraq, o, Qahirənin yoxsulluq həyatına biganə qala bilmir və onu bütün çılpaqlığı ilə əks etdirir, təfsilatları çatdırmada daha ürəkli davranır: "Aclıq" başda olmaqla, bu qəbildən olan hekayələrində varlı kapitalistlərin bayram əhvali-ruhiyyəsində keçən tox günləri ilə məhrumiyyət və iztirablarla dolu kasıb fəhlə həyatı arasındakı biabırçı ziddiyyəti ürək ağrısı ilə oxucuya çatdırır. 1938-ci ildə ilk hekayələr toplusu - "Dəliliyin pıçıltısı" çapdan çıxır.

Həmin illər misirli ziyalılar arasında qədim Misir tarixi ilə maraqlanmağa üstünlük verənlərin sayı çoxluq təşkil edirdi. Şanlı keçmişi təsvir etməklə, yazıçılar xalqın milli qürur hissini oyatmağa çalışır, ölkənin

yanmmüstəmləkə vəziyyətindən qurtulmasına çağırışlar səsləndirirdilər. Nəcib Məhfuz da həmin ziyalılar arasında idi: 1939-cu ildə Salama Musanın baş redaktoru olduğu "əl-Məcəllə əl-Cədidə" jurnalında firon Xufunun (Xeops) dövründən bəhs edən "Taleyin istehzası", yaxud "Xeopsun müdrikliyi" tarixi romam çap olundu. Bu, yazıçının roman janrında ilk məharəti idi.

40-cı illərin əvvəllərində qədim Misir həyatından bəhs edən daha iki roman da ("Radobis" və "Fivin mübarizəsi") işıq üzü gördü. Uzaq keçmişdə baş verənləri qələmə alan yazıçı hadisələrə müasir ruh da aşılayırdı. Belə ki, tənqidçilərə görə, əxlaqsız firon Merenranm gözəl rəqqasə Radobisə məhəbbətini bütün çılpaqlığı ilə əks etdirən yazıçı ölkə idarəçiliyində səriştəsizliyi ilə seçilən sonuncu Misir kralı Faruğun hərəkətlərinə eyham vururdu. Misirlilərin qədim istilaçılar olan hek- soslara qarşı mübarizəsindən bəhs edən "Fivin mübarizəsi"ndə isə, Məhfuz xalqı yeni əsarətçilərə - ingilislərə qarşı mübarizəyə qalxmağa səsləyirdi.

Lakin "tarixə söykənən tənqid" yazıçım artıq qane etmirdi, ikinci dünya müharibəsi illərində o, əsərlərində mətnaltı mənalardan uzaq duraraq, hadisələrə birbaşa münasibət bildirirdi.

Məhfuz bu illər Misir paytaxtının köhnə məhəllələrinin sakinlərinin - sənətkar, tacir, xırda məmur, tələbə, dilənçi və əxlaqsızların həyatından bəhs edən "Qahirə silsiləsi" romanlarım yazır. Bu romanlardan birincisi - "Yeni Qahirə" 1945-ci ildə çapdan çıxır. Sonrakı illər "Xan əl- Xəlili", "Əl-Middaq dalam", "Başlanğıc və son" romanları nəşr olunur. Adıçəkilən romanlarda hadisələr II Dünya müharibəsi dövrünə və ya ondan əvvəlki illərə təsadüf edir.

"Əl-Middaq dalanı" romanında yazıçı müharibənin insanların həyatını necə iflic etdiyini, onsuz da ağır həyat şəraiti olan kasıblara əlavə çətinliklər gətirdiyini, var-yoxdan olduğunu və əksinə, acgöz alverçiləri, müharibənin daha çox uzanmasını istəyən möhtəkirlərin zənginləşməsini göstərir.

"Başlanğıc və son" romanında başsız qalmış xırda məmur ailəsinin acı taleyindən nəql olunur. Bu romanda toxunulan sosial mövzuların əhatə dairəsi "əl-Middaq dalanı" romanı ilə müqayisədə daha genişdir: ailə faciəsi Misir krallığının ictimai-siyasi həyaü fonunda baş verir. "Başlanğıc və son" müəllifin sosial bərabərsizliyə və bürokratik sistemə, əyri yollara qarşı nifrət dolu etirazıdır.

Qahirə silsiləsindən olan romanlar təkcə Misirdə deyil, digər ərəb ölkələrində də oxucu və tənqidçilər tərəfindən müsbət qarşılandı. Lakin yazıçıya əsl şöhrəti gətirən 50-ci illərin ikinci yarısında nəşr olunmuş irihəcmli trilogiya1 oldu. İki dünya müharibəsi arasındakı dövrdə xırda və orta Misir burjuaziyasının həyatından bəhs edən və ərəb ədəbiyyatında bənzərsiz bir yaradıcılıq nümunəsi olan bu trilogiya Məhfuz yaradıcılığının ən böyük zirvəsi sayılır.

Trilogiyanın mərkəzində A.N.Ostrovski pyeslərinin qəhrəmanlannı xatırladan varlı Qahirə taciri Abdul- Cavadın üç nəslinin təqribən 30 illik (1917-1944) taleyi - ailə üzvlərinin dünyagörüşü və xarakterinin dəyişkən xətt üzrə inkişafı dayanır. Həmin müddət ərzində ölkə iki dünya müharibəsi və ingilislər əleyhinə 1919-cu il inqilabım yaşamışdı.

Fransız şərqşünas Qaston Viet yazırdı: "Beynəl- Qasreyn" əsərinin işıq üzü görməsi ilə Misir romanı Avropa romam ilə bir cərgədə durdu". Bu əsəri Tomas Manmn "Buddenbroklar"ı və Con Qolsuorsinin "For-saytlar haqqında saqa"sı ilə müqayisə edirdilər.

Trilogiyam başa çatdırdıqdan sonra Nəcib Məhfuz 5 il ərzində (1952-1957) heç nə yazmadı, o, hətta ədəbiyyaü tərk etmək haqqmda da düşünürdü. Yazıçı öz xatirələrində yaradıcılığında yaranmış bu boşluğu 1952-ci il inqilabından soma köhnə cəmiyyəti tənqid etməyə daha ehtiyac duymaması ilə izah edirdi. Lakin bir çox yerli və əcnəbi tənqidçilər Məhfuzun uzun müddət susmasını başqa faktla əlaqələndirirdilər. Məsələ onda idi ki, 1919-1921-ci illər inqilabının bur- jua-demokratik prinsipləri ilə tərbiyə olunan əksər Misir ziyalıları, ortayaşlı və qocaman yazıçılar 1952-ci ilin iyul hadisələrinin gözlənilməz dalğası ilə üz-üzə qalmışdılar. Köhnə cəmiyyəti amansızcasına tənqid atəşinə tutan və dolayısı ilə nəticədə onun süqutuna səbəb olan bu ziyalılar yeni inqilabın məğz və xarakterini, Misir həyatında oynadığı həlledici rolu o saat anlaya bilməyib kənardan sakit seyrçi kimi qalmağa üstünlük verdilər.

Məhfuz ədəbiyyata 1959-cu ilin sonunda qayıtdı, həmin il "əl-Əhram" qəzetinin ayrı-ayrı saylarmda "Məhəlləmizin uşaqları" adlı irihəcmli romanı çap olundu. Bu roman müəllifin digər əsərlərindən yaradıcılığındakı yeni ideya axtarışları ilə fərqlənir. Yazıçı özü yeni baxışlarını "sufi sosialist" baxışlar adlandmrdı. "Məhəlləmizin uşaqları" alleqorik əsərdir. Hadisələr müasir dövrdə Misirətrafı yerlərdən birində cərəyan etsə də, "məhəllə" əslində bütün dünyam, "uşaqlar" isə bütün bəşəriyyəti təmsil edir. Romanın süjetini səmavi dinlərin müqəddəs kitablannın təfsiri təşkil edir, qəhrəmanların təsviri zamanı isə Musa, İsa və Məhəmməd peyğəmbər nəzərində canlanır.

 

Əsərə qarşı reaksiya birmənalı olmadı - yazıçının realist istedadına heyran olanlar sosializm və elm aşiqi Məhfuzun dini mövzuya müraciət etməsini təəccüblə qarşıladılar. Digər tərəfdən, islam dəyərlərini qoruyub saxlamağı özünün ən ümdə vəzifəsi sayan "əl-Əzhər" universitetinə yaxın dairələr Məhfuzu küfr və allahsızlıqda ittiham edib, məhkəməyə verilməsini tələb etdilər.

Alleqoriya və simvollara meyillilik Məhfuzun sonrakı əsərlərində, xüsusilə də 60-cı illərin əvvəllərində qələmə aldığı ("Allahın dünyası" və "Pis adlı ev" kimi) hekayə məcmuələrində hiss olunur.

1961-1967-ci illər arasında Nəcib Məhfuzun 6 romanı - "Oğru və itlər", "Yol", "Nil üzərində laqqırtı", "Dilənçi", "Miramar" və "Bildirçin və payız" nəşr olunur. O, bu əsərlərdə yenidən "müasir Misir" mövzusuna müraciət edərək, aktual xarakter daşıyan ictimai-siyasi və sosial problemlərə, həmçinin Misir cəmiyyətinin inqilabdan sonra üzləşdiyi çətinliklərə diqqət yetirir. Trilogiyadan fərqli olaraq, irrasionalizm və mistika elementlərini özündə ehtiva edən dərin psixologizm bu əsərlər üçün xarakterikdir. Bu romanlar, həmçinin forma baxrmrndan da fərqlənir, sürətli inkişafa və dinamik süjetə malik olmaqla yanaşı, lakonikliyi ilə də seçilir.

Yazıçı 1988-d ildə "Bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən ərəb hekayələrinin zəngin çalarlarma və realizmə görə" Nobel mükafatına layiq görülüb.

 

O vaxtlar səksən yaşlı Məhfuz xəstə olmasına baxmayaraq, qələmi yerə qoymur, özü üçün müəyyən etdiyi qrafikdən bir dəqiqə belə kənara çıxmır: səhər saat 7.45-də iş kabinetində olur və nə baş verməsindən asılı olmayaraq, günorta 1-ə kimi ordan çıxmır. Yazı stolunda ideal səliqə-səhman hökm sürür, o hər şeyin öz yerində olmasını çox xoşlayır. Kofe, səhər yeməyi, nahar - həmişə eyni vaxtda olur. Gündə dörd dənədən artıq siqaret çəkmir, hər gün eyni kafeyə gedir...

Ümumilikdə, Nəcib Məhfuz 30-dan çox roman və povest, 100-dən çox hekayə müəllifidir. Sonuncu əsəri olan və ölümdən sonrakı həyatdan bəhs edən "Yeddinci səma" adlı hekayələr toplusu 2005-ci ildə dərc edilib.

30 avqust 2006-cı ildə Nəcib Məhfuz vəfat etdikdə ədəbiyyat üzrə sağ olan ən yaşlı Nobel mükafatı laureatı idi. O, bu günə kimi də ən yüksək mükafata layiq görülmüş yeganə ərəb yazıçısı olaraq qalır.

***

Ümumiyyətlə, bədii ədəbiyyatda inqilab mövzusu yazıçıların nadir hallarda müraciət etdiyi mövzular sırasındadır. Bir tərəfdən, baş verən sənədli-tarixi 12 hadisələrin, bədii əsər şəklinə salınmasının çətinliyi, digər tərəfdən müəllifin özünün faktlara verəcəyi qiymətin məsuliyyəti bir çoxlarını məhz bu mövzuya müraciət etməkdən çəkindirmişdir. Lakin Nəcib Məhfuz tarixi hadisələrə qərəzsiz yanaşma mövqeyi ilə seçilən azsaylı yazıçılardandır.

Bir çox ərəb tənqidçiləri onu müasir Misir tarixini bədii şəkildə qələmə alan tarixçi-salnaməçi kimi xarakterizə edir. Misir xalqı üçün həyati əhəmiyyət kəsb edən 1952-ci il inqilabından bəhs edən "Bildirçin və payız" (1962) romanı da bu qəbildən olan əsərlər sırasına daxildir; bir vaxtlar milli-azadlıq hərəkatının fəal iştirakçılarından və "Vəfd" partiyasının liderlərindən olan İsa yüksək mənsəbə çatsa da, siyasi böhran onu və partiyasını uçuruma doğru yuvarlayır. Cəmiyyətdə əvvəlki mövqeyini qorumaq üçün yeganə yolu sərfəli evlilikdə görən qəhrəmanın bu niyyəti də alt-üst olur. Beləliklə, uzunmüddətli uçuşdan sonra əldən düşən bildirçintək İsa da öz acizliyini qəbul edir, iradəsi zəifləyir, hamıdan uzaqlaşıb yad bir şəhərə üz tutur.

"Əlbəttə, yalnızlıq insan üçün bir təcrübədir, digər tərəfdən də ağır bir sınaqdır, lakin o, çox vaxt, özündə narahatlıq, həyəcan, kədər, yuxusuz günlər ehtiva edən xoşagəlməz görüşlərdən uzaq durmaq və istəmədiyin kəslərlə üz-üzə gəlməmək üçün bir zərurətə çevrilir. Həmçinin bu yalnızlıq sənə keçmiş arzularının, ümidlərinin üstündən xətt çəkməyə yardım edir. Özünü yalnızlıqla sınağa çək! Qoy bu yalnızlıqda sənə həmdəm stolun üstündəki radio, hərdən açıb vərəqlədiyin kitab və yuxuların olsun! Ölməmişdən öncə ruhun bir halda rahatlıq tapa bilər, o da yalnız yalnızlıqda", - deyə özünə təskinlik verməyə çalışan İsa sonda baş verən inqilabi dəyişikliklərin qanunauyğunluğunu dərk və qəbul edir, gizləndiyi sığınacağından çıxıb, yeni cəmiyyətdə öz yerini müəyyən etməyə çalışır.

Romanın sonunda əlində qırmızı qızılgül olan gənclə qarşılaşma simvolik xarakter daşıyır, bununla yazıçı oxucuları ölkədəki mütərəqqi qüvvələrin hər zaman mövcud olmasına inandırmağa çalışır. Həmçinin müəllif, köhnə şöhrət abidəsinin kölgəsinə sığmmaqdansa, çətinliklərə sinə gərməyi məsləhət görür.