Elektron ədəbiyyat və sənət portalı

Çexovdan Markesə qədər

Bölmə: Dünya ədəbi prosesi 03.07.2018

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi. Bakı: 2015. - 408 səh.

Bu toplu XX əsr dünya ədəbiyyatının mənzərəsini «yığcam» janrın - hekayə və novellalar vasitəsilə işıqlandırmağa cəhd edir. Ayrı-ayrı mədəniyyətlərin ədəbiyyatını təmsil edən bu görkəmli ədiblər dünyagörüşləri, bədii üslubları ilə bir-birindən fərqləndiyi kimi, topluya daxil edilmiş kiçik ədəbiyyat nümunələri də mövzu və yanaşma baxımından tam fərqlidir.