Elektron ədəbiyyat və sənət portalı

Əvvəl dəniz vardı

Bölmə: Dünya ədəbi prosesi 03.07.2018

 

Azərbaycanı öz əsərləri ilə bütün dünyaya tanıdan Nizami Gəncəvi, Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir kimi şairlər diyarında, Kolumbiya şairlərinin əsərlərindən ibarət toplu birinci dəfədir ki, işıq üzü görür. Dünyanın zəngin dillərindən biri olan Azərbaycan dilinə ilk dəfə tərcümə olunan bu poeziya nümunələrindən ibarət kitabın çap olunmasından, Kolumbiyanın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili olaraq qürur duyuram.

Kitaba Kolumbiyanın müxtəlif zamanlarda yazıb-yaratnuş böyük şairlərinin əsərləri daxil edilib. Onlar arasında XVII əsr müstəmləkə dövrünün mistik şairi Fransiska Xosefa del Kastüyo i Geoaranın, ispan dilində romantik poeziyanın banilərindən biri sayılan Rafael Ponıbonun, nıodernizm cərəyanının ilk nümayəndələrindən olan dahi yazıçı XoseAsunsion Silvanın, XX əsrin nüfuzlu söz ustadı Leon de Greiffin, habelə Porfirio Barba Yakobun, Meira Delmarın, Covanni Kessepin, Fernando Çari Laranın, Aurelio Arturonun həmişəyaşar şeirləri və Kolumbiyanın Karib dənizi hövzəsində yerləşən Sierra Nevada de Santa Mar- tada məskunlaşan yerli hindi qrupu Kogilərin Kolumbdan öncəki poeziyaya məxsus ilhamverici misraları var.

Qeyd edim ki, 2014-cü ildə Kolumbiyanın Azərbaycan Respublikasında səfirliyinin əsası qoyulan vaxtdan, hər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün zəruri olan təhsil və mədəni sahədə proqramın inkişaf etdirilməsi prioritet məsələlərdən biri olub. Bu istiqamətdə səfirlik, Azərbaycanlı gənc diplomatlara ispan dili kursları, Kolumbiya mədəniyyəti və mətbəxinə dair çeşidli görüşlər, ispan dili gününün qeyd edilməsi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, magik realizmin banisi olan dahi yazıçı Qabriel Qarsia Markesin həyat və yaradıcılığından bəhs edən bir sıra tədbirlər həyata keçirib.

Layihə, kitabı nəşr etmək hüququna malik olan Kolumbiya Xarici İşlər Nazirliyinin göstərişi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, xüsusilə də bu əsərlərin tərcümə və nəşr edilərək Azərbaycan oxucusuna çatdırılmasına böyük dəstək vermiş Mərkəzin direktoru Afaq Məsudun və işçi kollektivinin zəhməti sayəsində ərsəyə gəlib.

İnanıram ki, dost və mehriban Azərbaycanın dəyərli oxucuları bu kitabın vasitəsilə bir xalqın adət-ənənəsini və tarixini dahi Kolumbiya şairlərinin və müdriklərinin qələmində ölməzlik tapan poetik nümunələrdə oxuyub tanış olacaq.

Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı sabiq müvəqqəti işlər vəkili  Assad Xose Xater Penya