Elektron ədəbiyyat və sənət portalı

"FRANS KAFKA" MÜKAFATI

YUNESKO tərəfindən dünyanın ən nüfuzlu beynəlxalq humanitar təşkilatlarından biri kimi qəbul edilən “Frans Kafka Cəmiyyəti” 2001-ci ildən eyniadlı ədəbiyyat mükafatını təsis edib. Hələlik Çex Respublikasında yeganə olan bu beynəlxalq ədəbi mükafat, paytaxt Praqada ədəbi əsərlərin bədii unikallığına görə yeni dövr yazarlarına təqdim edilir. Qalibə 10 min dollar pul vəsaiti, diplom,  habelə,  Praqadakı Frans Kafka heykəlinin kiçildilmiş sürəti təqdim olunur.

Mükafatlandırma mərasimi oktyabrın axırlarında qədim Praqada keçirilir. İldə bir dəfə toplanan münsiflər heyətinin  üzvləri namizədlərini irəli sürür və səsvermə yolu ilə qalibi müəyyən edir. Yazıçının yaşı, vətəndaşlığı əhəmiyyət kəsb etmir, yeganə vacib şərt müəllifin sağ olması və əsərin çex dilində kitab halında çıxmasından ibarətdir.