Elektron ədəbiyyat və sənət portalı

Sərdabənin sirri

Bölmə: Dünya ədəbi prosesi 02.07.2018

Ön söz

“Salam” - xoşbəxtliyin sirridir!

“Şolom Aleyxem”, yəni “Salaməleyküm!” Bu məşhur kəlamı özünə yaradıcılıq təxəllüsü seçmiş yəhudi yazıçısı Solomon Nau- moviç Rabinoviç hər əsərində sanki insanlara mesaj göndərir: bir-birinizə salam verməkdən çəkinməyin, dünyanın bütün xoşbəxtliklərinin açan bu kəlməyə bağlıdır; xoş ünsiyyət qurmağa, mehriban və gülərüz olmağa çalışın, bir-birinizə yardım əli uzadın, kin-küdurəti unudun, birlik, qardaşlıq və dostluq qəm- qüssəyə, acıya, bütün çətinliklərə qalib gəlir!

Müasirlərinin yazdığma görə, Şolom Aleyxem şən, gülərüz, məzəli adam idi. Zarafatı xoşlayırdı və başqalarına da daim gülümsəməyi, ən çıxılmaz vəziyyətlərdə də yumor hissini itirməməyi tövsiyə edirdi. Vəsiyyətində yazmışdı ki, ölümünün ildönümündə məzan başında ağlamaq əvəzinə, müəllifi olduğu “Gülüş faydalıdır, həkimlər məsləhət görür” hekayəsini oxusunlar...

Ş.Aleyxem öz oxunaqlı əsərləri ilə nəinki yəhudi, ümumiyyətlə, dünya ədəbiyyatında dərin iz buraxıb. İdiş, yəhudi və rus dillərində yazmış sənətkarı böyük yumor və eyni zamanda bənzərsiz lirik təsvir ustası adlandırırlar.

Ş.Aleyxemin əsərlərində, əsasən, yəhudilərin hüquqlarının məhdudlaşdırılması öz bədii əksini tapıb. Yazıçının təsvir obyekti yoxsul zümrədir. Bu insanların həyatı faciələrlə doludur. Zülm və yoxsulluq baş alıb getsə də, yazıçının qəhrəmanları saf və ədalətli, sözü üzə deyən, haqqı tapdalamayan, insani keyfiyyətləri hər şeydən uca tutan, yumor hissini itirməyən adamlardır.

Solomon Naumoviç Rabinoviç 1859-cu il martın 2-də Ukraynanın Poltava quberniyasının Pereyaslav şəhərində doğulub. Ailə sonralar Kiyev yaxınlığındakı Voronkovo kəndinə köçmüşdür. Yazıçının uşaqlıq həyatı acınacaqlı keçmiş, əvvəlcə atası müflis olmuş, 13 yaşma çatanda isə anasını itirmişdir.

Yeniyetmə Solomon yaşıdlarından fərqlənirdi: hər şeylə maraqlanır, çoxlu kitab oxuyur, xoş ünsiyyət qurmağı bacarır, məzəli əhvalatlar uydururdu. Hətta bir dəfə başına belə hadisə gəlmişdi: anasının vəfatından sonra atası ikinci dəfə evlənmişdi, analığı da çox təkəbbürlü qadın idi, amma əsəblərini cilovlaya bilmir, hey çığır-bağır salır, gecə-gündüz qarğış yağdırırdı. Solomon bu qarğışların hamısını səliqə ilə dəftərə yazır və adım da “Leksikon” qoyur. Dəftər təsadüfən atasının əlinə keçir, oxuyub arvadına verir. Zavallı Solomon gözlərini yumub gözləyir ki, indi analığı daha ağır qarğışlar yağdıracaq, onu ciddi tənbeh edəcək. Lakin qadın “Leksikon”u oxuyub xeyli qəhqəhə çəkir, Solomonu tərifləyir və qarğışdan, söyüşdən birdəfəlik əl çəkir. Həmin vaxtdan yeniyetmə başa düşür ki, şərə qarşı ən güclü silah xeyirxahlıq və gülüşdür!

Solomon 15 yaşında D.Defonun “Robinzon Kruzo” əsərinin ana dilində yeni versiyasını yazır və özünə “Şolom Aleyxem” təxəllüsü götürür. Evdə təhsil alan yeniyetmə sonradan rus gimnaziyasını bitirir. 17 yaşı tamam olanda ailə yenidən Pereyaslava köçür. Solomon çörəkpulu qazanmaq üçün hər işin qulpundan yapışmalı olur.

Ş.Aleyxemin ilk əsəri 1883-cü ildə çap olunmuşdur. Həyatındakı bu əlamətdar hadisədən sonra yaradıcılıqdan bir an belə ayrılmamış, yeni-yeni hekayələr yazıb müxtəlif ədəbi orqanlara göndərmişdir. Beləliklə, gənc yazıçı addım-addım şöhrətin zirvəsinə doğru addımlamağa başlamışdır. Qayınatasının ölümündən sonra ona böyük miras qalmış, amma Solomon maliyyə məsələlərində naşı olduğundan, işi alınmamışdır. Əvvəlcə idiş dilində çıxan “Yəhudi xalq kitabxanası” ədəbi almanaxını maliyyələşdirməyə, gənc müəlliflərə böyük qonorarlar ödəməyə başlamış, sonra isə Odessa biıjasmda alış-verişə qoşulmuş və... pulları havaya sovurub müflisləşmişdir.

Yeri gəlmişkən, Ş.Aleyxemin yaradıcılığı Odessa ilə sıx bağlıdır. O, 1890-cı ildə ailəsi ilə birlikdə bu şəhərə köçüb, “Odesskiy listok” və “Odesskiye novosti” qəzetlərində çalışmağa başladı. Şəhərin qaynar həyatı, Odessa küçələrində, traktirlərdə görüb-eşitdikləri yazıçıya gələcək əsərləri üçün zəngin material verdi. Odessa və yəhudi yumoru - bu məfhumlar onun bütün hekayələrində sinonim kimi səslənir. Maraqlıdır ki, bu şəhərə köçməzdən əvvəl Ş.Aleyxem, əsasən, melodramatik süjetləri olan sentimental povest və hekayələr yazırdı. Odessada qələmə aldığı satirik “Manexem-Mendl” romanı isə yəhudi yumorunun əvəzsiz nümunəsinə çevrildi.

“Rotşild olsaydım”, “Skripkada çalan”, “Kasrilovkada dreyfus”, “Alman” və digər bu kimi əsərlər dünya ədəbiyyatında “Şolom Aleyxem yumoru” ifadəsinin yaranmasına səbəb oldu. Bu fikir 1894-cü ildə nəşr olunmuş “Südçü Tevye” povestindən sonra daha da gücləndi. Əsərin baş qəhrəmanı, kəndli Tevyenin görkəmi kobud olsa da, incəqəlbli adamdır. Tevyenin məşəqqətli həyatı, ailəsinin, xüsusən də qızlarının başına gələn faciələr yazıçı tərəfindən böyük ustalıqla qələmə alınıb. Ş.Aleyxemin Tevyeyə, onun ətrafındakı müsbət xarakterli obrazlara sonsuz məhəbbəti dərhal nəzərə çarpır, əsər mərhəmət və həyat sevgisi ilə doludur. Tevye ən kədərli anlannda belə nikbinliyini itirmir, özünün və yəhudilərin çəkdiyi zillətdən, baş alıb gedən haqsızlıqlardan ürəkağnsı ilə danışır. “Göz yaşlan içində gülüş!” - Tevyenin monoloqlarını məhz belə səciyyələndirmək olar.

XX əsrin əvvəllərində Ş.Aleyxemin adı artıq dünyaca məşhur yazıçılarla yanaşı çəkilirdi. 1903-cü ildə əsərlərinin dördcildliyi çap olundu. Dünya şöhrəti qazanmasına baxmayaraq, o, xalqdan uzaqlaşmırdı, həmyerliləri ilə mütəmadi görüşür, ədəbi-bədii gecələrdə, qiraət axşamlarında həvəslə iştirak edir, hekayələrini oxuyurdu.

Rusiyanı çənginə almış inqilab dalğası və yəhudi təqibləri ailəni mühacir həyatı yaşamağa məcbur etdi. Yazıçı bu çətin vaxtlarda L.Tolstoya, A.Çexova, M.Qorkiyə məktub yazıb onları çapı planlaşdırılan ədəbi topluda fəal iştirak etməyə çağırdı. “Yardım” adlı toplunun satışından əldə olunan vəsait Kişinyovda yaşayan yəhudilərə qarşı törədilmiş talanlardan zərər çəkmiş ailələrə verildi.

Ş.Aleyxem 1905—1907-ci illərdə Lvov, Cenevrə və Londonda yaşadı. Sonra ABŞ-m yəhudi icmasının dəvəti ilə Nyu Yorka köçdü. Amma vətənlə əlaqəm kəsmədi, 1908-ci ildə Polşa və Rusiyaya səfər edib, saysız-hesabsız pərəstişkarları ilə görüşdü, yeni əsərlərini oxudu.

Birinci Dünya müharibəsi başlayanda Ş.Aleyxem Almaniyanın kurort şəhərciklərindən birində dincəlirdi. Rusiya vətəndaşı olduğu üçün onu dərhal ölkədən qovdular. Lakin Rusiyaya qayıtmağın mənası yox idi, ona görə də yazıçı yenidən Amerikaya getdi. Tik vaxtlar yerli mətbuat mühacir yazıçıya böyük maraq göstərirdi, hekayələri mütəmadi dərc olunurdu. Lakin bir müddət sonra Ş.Aleyxem tamam unuduldu. Səbəb isə gülünc idi: “Əsərləri Amerikanın bulvar mətbuatma uyğun gəlmir!” Yazıçı bu hadisəni məktublarından birində satirik formada şərh edirdi. Həmin günlərdə on funt kökələn Ş.Aleyxem deyirdi: “...belə getsə, bir ildən sonra çəkim 330 funt olacaq. Bu çəki ilə Amerikada məşhur olmağa nə var? Heç nə yazmaq lazım deyil! Sadəcə elan verirsən: “Möcüzə! Tez gəlin! Baxın! Məəttəl qalacaqsınız! Dünyanın ən gonbul yumoristi! Çəkisi 330 funt olan Şolom Aleyxem! Giriş bir dollar! Gəlin, peşman olmayacaqsınız!”

Ş.Aleyxem müharibə bitən kimi gəmiyə minib vətənə qayıtmağı arzulayırdı. Lakin 1916-cı il mayın 13-dəNyuYorkda 57 yaşında vərəm xəstəliyindən vəfat etdi. Yazıçını Bruklinin Maunt-Nebo məzarlığında dəfn etdilər. Vəsiyyətində yazmışdı: “Harada ölməyimdən asılı olmayaraq, məni aristokratların, zənginlərin və zadəganların arasında dəfn etməyin. Qoy məni sadə yəhudi fəhlələri, xalqın nümayəndələri ilə yanaşı basdırsınlar. İstərdim ki, məzarım üstünə qoyulacaq heykəl onlann da qəbrini bəzəsin. Bu sadə adamların qəbirləri də öz növbəsində mənim heykəlimə bəzək olsun. Bilin ki, xalqın yazıçısı kimi, sağlığımda da onlar həyatımın bəzəyi idilər!”

Fərhad Abdullayev