Elektron ədəbiyyat və sənət portalı

Antuan dö Sent-Eqzüperi - “Balaca şahzadə”dən sitatlar

Bölmə: Uşaq yazıçıları 21.06.2018

Antuan dö Sent-Eqzüperi 29 iyun 1900-cü ildə Liyonda anadan olub. Onun uşaqlıq illəri Amberyö yaxınlığında yaşayan xalasıgildə keçib, təhsilini İsveçdə Sənt-Krua-Mansda, sonra isə Parisdə alıb və dənizçilik məktəbinə daxil olmağa hazırlaşıb. Lakin bu məktəbə daxil olmaq üçün təşkil olunmuş müsabiqədən keçə bilməyib, gələcək yazıçı qərara gəlir ki, incəsənət məktəbinə daxil olmaq üçün mühazirələrə qulaq assın.

1921-ci ildə Strasburqda, hava qüvvələri qoşununda hərbi xidmətə başlayır. Orada təyyarə sürməyi öyrənir və o vaxtdan bəri öz taleyini təyyarə sürücülüyü peşəsinə bağlayır. 1923-cü ildə hərbi xidmətini başa vurandan sonra müxtəlif peşələrdə çalışıb. Yazı-pozu ilə məşğul olub, məqalələr yazıb çap etdirirdi. 1925-ci ildə ilk hekayəsi mətbuatda dərc olunub. Hekayə, yazıçının vurğunu olduğu uçuş macəralarından birinə həsr olunmuşdur.

1926-ci ildə Eqzüperi aviasiya cəmiyyətinə daxil olub və Tuluz-Cakarta poçt təyyarəsini idarə edib. Elə bu dövrlərdə yəni 1929-cu ildə o, "Cenub Poçtu" əsərini yazmışdır. Meriöz və Giyome ilə birlikdə Eqzüperi Amerika-Fransa hava xəttinin açılmasını müzakirə etmək üçün Amerikaya gedir.

1931-ci ildə "Gecə uçuşu" əsərini yazır və əsər öz müəllifini dünya miqyasında tanıdır, ona böyük şöhrət gətirir. 1935-ci ildə Paris-Sayqon uçuşunda rekord qazanmaq üçün yarışlarda iştirak etsə də uğur qazana bilmir. 1938-ci ildə Nyuyork-Magillan adalarını hava xətti ilə birləşdirməyə cəhd göstərərkən ciddi xəsarət alır. Bir neçə ay Nyu-york xəstəxanalarında müalicə olunur və "İnsanların torpağı" adlı romanını çap etdirir.

İkinci dünya müharibəsi zamanı Alman işğalçılarına qarşı vuruşan Azadlıq ordusunda fəal iştirak edir. Amma o zaman təyyarə sürməyi ona qadağan etmişdilər, çünki Eqzüperi artıq yaşlı 1 idi. Bununla belə yazıçı təkid edə-edə öz istəyinə çatır və yenidən təyyarənin şturvalı ar-xasına keçməyə nail olur. 1944-cü il iyun ayının 31 -də Borqodan Korskaya uçur və bu onun son uçuşu olur və bir daha geriyə qayıtmır. Müharibə illərində Antuan dö Sənt-Eqzüperi özünün üç əsərini çap etdirir: "Hərbi pilot, "Girov götürülmüşə məktub" və "Balaca şahzadə". Hər iki peşənin - təyyarəçilik və yazıçılığın fədaisi olan A.Eqzüperi həyatda vur-tut 44 - il yaşamışdı.

 

 

“Balaca şahzadə”dən sitatlar


Belə bir dəyişməz qayda var: səhər durdun, yuyundun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.

Mənim sirrim budur, o çox sadədir: iti görən ancaq ürəkdir. Ən vacib olanı gözlərlə görmək olmur.

Ancaq və ancaq düz getsən, uzağa gedə bilməyəcəksən.

Çiçəklərin nə danışdıqlarını dinləmək lazım deyil. Sadəcə onlara baxmaq və qoxulamaq lazımdır. 

Böyüklər kimi olmaqdan qorxuram, onlara rəqəmlərdən başqa heç nə maraqlı deyil.

Uşaqlar böyüklərə qarşı olduqca mərhəmətli olmalıdırlar.

Kəpənəklərlə tanış olmaq istəyirsənsə iki-üç tırtıla da dözməlisən.

Çox kədərli olanda günəşin qürub etməyinə baxmaq kömək edir. 

Hər adamın öz ulduzu var.

Bilirsənmi səhra niyə gözəldir? Onun harasındasa bir neçə çeşmə gizlənib.

Başqa işlər bir qədər gözləyə bilər. Bunun zərəri olmaz. Amma baobablara imkan versən, bədbəxtlik qaçılmaz olar.

Hər kəsə ancaq bacardığı işi tapşırmaq lazımdır. Hakimiyyət ilk növbədə ağılla idarə edilməlidir. 

Yəqin ulduzlar ona görə parıldayır ki, hər kəs əvvəl-axır özününkünü tapa bilsin. 

Özün özünü mühakimə et. Ən çətini budur. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat çətindir. Özünü ədalətlə mühakimə edə bilsən, deməli həqiqətən müdrik adamsan.

Sənin sevdiyin yeganə çiçək milyonlarla ulduzun heç birində yoxdur. Bu kifayət edər ki, göyə baxıb xoşbəxt olasan.

Dostları unutmaq çox kədərlidir. Hər adamın dostu olmur. 

Bir halda ki, nəsə haqqında sual vermisən, o zaman cavab almayınca əl çəkmə.

Bütün yollar insana aparır. 

Sözlər bir-birini başa düşməyə ancaq mane olur.

Yaxşı ki, dostun var, qoy hətta buna görə ölüm də olsun. 

Öz əməllərində yaşayırsan, bədənində deyil. Sən öz davranışlarınsan, başqa sən yoxdur.

Gözlər kordu. Ürəklə axtarmaq lazımdır.