Aqşin Evrən - Yaş köynəyin fotosu

İndi bütün gözləməklər qapında ölüb Day o gəlmir deyə,

pəncərən kor qalıb, qapın da ölüb...

Elə bil saçın da onu tapmaqçün uzanır harasa... harasa

gedir Sənin bədəninin özü evdədir geyinib yarısı harasa

gedir

Köynəyini ütüləyirsən, əlin üşüyür Atıb getmək

istəyirsən ağrıyır ayaqqabın Bilirsən, ömürdən doğma

biri gedəndə Üşüyüb tez evə girər çöl

qapın...

Asandı qab yumaq, yemək bişirmək

Bircə həmişə oturduğunuz skamya indi bir

az soyuq,

indi bir az kirlidi

İndi xatirələrə toxunmaq onun yaş köynəyini elektrik

xəttindən asmaq kimidi.

Bir dəfə Yer kürəsində

Göyqurşağından asılmış yelləncəkdəyik

Başını çiynimə söykəmisən

Qolumu şərf kimi dolamışam boynuna

Bizdən bir qədər aralıda,

yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi;

Asta-asta parfümlü külək əsir,

Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir

Buzlaqlar əriyib Afrikanın stəkanına dolur

Çətirimizin üstünə balaca mələklər yağır Ölü dəniz balıq doğur

Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində Ozon dəliyini örtürlər çərpələnglə Bütün dinlərin surələri eynidir:

"Əxlaq"

Qocalar evində sükut, otaqlar boş,

Uşaq evləri olub "oyuncaq və əyləncə mərkəzləri" Teatrlarda anşlaq...

Bütün dövlətlərin adı Yer Kürəsidir,

bütün bayraqlar göyərçin qanadı,

bütün musiqilər körpə gülüşü

Bütün əlifbalarda eynidir hərflərin düzülüşü;