Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan ədəbiyyatında deyil, təbiətşünaslıq sahəsində də özünə əbədiyyət qazanmış simalardan biri də Nəcəf Bəy Vəzirovdur. “Müsibəti-Fəxrəddin” faciəsi ilə orta nəslin yaddaşında özünə möhkəm yer etmiş Vəzirovun yaradıcılığı XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. 1854-cü ildə Şuşa şəhərində doğulan yazıçının həyatı təbədüllatlar içərisində keçib, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üzərinə düşüb. Təbiətcə sakit və qaradinməz, bədəncə zəif və xəstə olan Nəcəf bəy, yalnız on iki yaşında məktəbə gedə bilib, tez bir zamanda oxuyub-yazmağı öyrənib. Sonrakı təhsil illərində məktəbdəki özbaşınalıqlar (müəllimlərin şagirdlərlə kobud rəftarı və s.) onu buradan qaçmağa məcbur edib. O, 1868-ci ildə Şuşadan Bakıya gəlib, real gimnaziyanın ikinci sinfinə daxil olub. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanan Nəcəf bəy gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınıb. Burada Həsən bəy Zərdabidən dərs alıb, müəlliminin fikirləri onun inkişafına güclü təsir göstərib. Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərib, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olub. Yazıçının teatrla tanışlığı da bu zaman başlanıb. O yazır: “1873-cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

Davamı

London Taueri nə vaxt inşa edilib?

Davamı

Protaqor: Universal həqiqət yoxdur, hər kəsin öz həqiqəti var.

Sokrat: Universal həqiqət var, sadəcə, onu axtarmaq lazımdır.

Kant: Universal həqiqəti axtarmaq lazım deyil, o, bizdə anadangəlmədir.

Davamı