Elektron ədəbiyyat və sənət portalı

...Bayaqdan özünə yer tapa bilmir, çəkiliş meydançasında fikirli-fikirli var-gəl edirdi. İkinci dubl da alınmamışdı. İlk baxışdan, bəlkə də çəkilmiş material pis deyildi, montajda yardımçı planların köməyi ilə vəziyyətdən çıxmaq olardı. Lakin bu kadrlar lap hamını qane etsəydi belə, onu, neçə ilin təcrübəli rejissorunu heç bir vəchlə razı sala bilməzdi. İndi bütün çəkiliş qrupu - işıqçılardan tutmuş əlbəsəçilərədək, operatordan tutmuş aktyorlaradək hamı nəfəsini çəkib onun qərarını gözləyirdi.

Davamı

Onun yaradıcılığı mübaliğəli, dəbdəbəli, bəzəkli, süni görünə biləcək mövzulardan çox-çox uzaqdır. Bu rəssamın yaradıcılığında daha çox sadə məişət mövzuları, gündəlik həyatdan götürülmüş adi səhnələr, xalq məişəti, milli adət və ənənələr özünəməxsus təxəyyülü və dəstxətlə əks olunub. Söhbət açdığımız sənətkar, Azərbaycanın Xalq rəssamı  Ağa Cəfər oğlu Mehdiyevdir (1920-2003).

Davamı

“İncəsənət qurban tələb edir”. Gündəlik həyatımızda bu ifadədən tez-tez istifadə edirik. Bəzən bu replika müzakirələrin yekunu kimi ortaya çıxır. Situasiyadan asılı olaraq, bəzən də sözügedən cümlə ümumi söhbətə yumoristik çalar verir. Amma istənilən halda, fikrin kökündə ağrı var.

Davamı

Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində (SDU) “Azərbaycan gecəsi” keçirilib. Tədbir Özbəkistandakı səfirliyimiz, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Səmərqənd vilayət hakimiyyətinin birgə reallaşdırdığı Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil edilib.

Davamı

2016-cı ilin yanvarında ABŞ-da “Əli və Nino” filminin premyerası olacaq. Yazıçı Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək keçiriləcək ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalında nümayiş olunacaq.

Davamı

Neçə illərdir ki, podiumlara, səhnələrə, çəkiliş meydançalarına çıxır, son dəbləri nümayiş etdirir, mahnılar ifa edir, filmlərdə çəkilir, öz gözəlliyi, cazibədarlığı, zərifliyi ilə tamaşaçıların könlünü ovlayır...

Davamı

2005-ci il noyabr ayının 9-da İordaniyanın paytaxtı Amman şəhərindəki hotellərin birində terakt törədildi. Cəmi bir neçə saat sonra “Əl-qaidə” terror təşkilatı bu qanlı hadisənin məsuliyyətini öz üzərinə götürdü və bütün bunların həmin hoteldə qalan bir neçə yəhudiyə görə baş verdiyini açıqladı.

Davamı