Elektron ədəbiyyat və sənət portalı

1918-ci il may ayının 28-də, olduqca mürəkkəb bir dövrdə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bütün dünyaya bəyan etdi. Həmin keşməkeşli günlərdə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Bakı şəhəri və ətraf rayonlar erməni-bolşevik qüvvələrinin işğalı altında idi. Daşnak-bolşevik qüvvəlləri 1918-ci il mart ayının son 3 günü ərzində xalqımıza qarşı tarixdə misli görünməmiş soyqırımı törətdilər. Həmişə göz yaşları ilə xatırlanan o günlərdə Bakıda, Şamaxıda, Qubada və başqa bölgələrdə 30 mindən çox azərbaycanlını amansızcasına qətlə yetirdilər. Bolşevik donuna bürünmüş ermənilər necə olursa-olsun, Bakını əldə saxlamaq istəyirdilər. Amma Azərbaycanı, onun müstəqilliyini Bakısız təsəvvür etmək mümkün deyildi. Çünki Göyçənin, Zəngəzurun, Qarabağın və başqa bölgələrin azadlığına doğru uzanan yollar Bakıdan - ölkənin paytaxtından keçirdi. Belə bir şəraitdə özünün də ağır durumda olduğuna baxmayaraq, Osmanlı dövləti Azərbaycanla 1918-ci il iyun ayında bağladığı «Dostluq və əməkdaşlıq» müqaviləsinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi qüvvələrini Nuru Paşanın rəhbərliyi altında ölkəmizə göndərdi.

Davamı

Lahıcın gözəlliyi, qədimliyi və sirli-sehrli aləmi haqqında çox eşitmişdim. Eşitmək az idi, gərək mütləq gedib o yerləri  görəydim. Atalar yaxşı deyib ki, yüz eşitməkdən bir görmək yaxşıdır. Nə qədər çalışsam da, o gözəllik məkanına  baş çəkməyə vaxt tapmaq olmurdu. Elə bil vaxt zamanın dəyirmanında ovulub-ovulub sovrulub qəhətə çıxmış, heçliyə çevrilmişdi.

Davamı

Bakıda yerləşən tarixi abidələr haqqında çox danışmaq olar. Bu barədə yetərincə danışılıb da, yazılıb da. Bir neçə əsrin şahidi olan həmin abidələr – qalalar, karvansaralar, yaşayış məskənli tikililər, müxtəlif dinlərə etiqadı əks etdirən ibadət ocaqları və s. Bakının qədim Şərq koloritinin qorunub saxlamasında böyük rol oynayıblar.

Davamı

 

Avqustun 5-dən 21-nə qədər Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları Azərbaycanın  idman tarixində bir neçə rekordla yadda qaldı...

Davamı