Elektron ədəbiyyat və sənət portalı

Tərcümənin ümumleksik məsələlərindən danışarkən yalançı ekvivalentlər üzərində ətraflı dayanmışdıq. İndi isə türkcədən dilimizə bədii tərcümə materialları əsasında psevdoekvivalentlərin tərcüməsinin semantik-qrammatik məsələlərinə nəzər yetirək.

Davamı

Dekabrın 23-də Moskvanın “Xarici ölkələr ədəbiyyatı” kitabxanasının Böyük zalında ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Moskva Yazıçılar Birliyi, “Poetik Moskva” jurnalı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyəti Mərkəzinin nümayəndələri ilə yanaşı, tanınmış rus şair və yazıçıları, elm və sənət adamları da iştirak ediblər.

Davamı

Türkcədən bədii tərcümələrdə bəzən məna dəqiq verilmədiyi üçün orijinaldakı fikir oxucuya çatmır, bəzən də məsələnin mahiyyəti unudularaq hərfi tərcüməyə meyillik hiss olunur. Qohum dillərdən tərcümədə isə hərfilik formalizmə rəvac verir. Məsələn, yuxarıda müraciət etdiyimiz S.Əlinin “Xəz paltolu Madonna” povestinin orijinalında belə bir dialoq var:

Davamı

Azərbaycan əsilli görkəmli türk yazıçısı, siyasətçi və dövlət xadimi Səməd Ağaoğlu (1909-1982) çağdaş Türkiyədə memuar ədəbiyyatının  görkəmli nümayəndələrindən biri kimi tanınır. Onun oxuculara təqdim olunan “Atamın dostları” kitabında atası, XX əsrin ilk onilliklərində Azərbaycanın və Türkiyənin fikir həyatında müstəsna xidmətlər göstərmiş Əhməd Ağaoğlunun (1869-1939) türkçülük hərəkatında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-çiyinə addımladığı bir sıra görkəmli şəxsiyyətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır.

Davamı