Elektron ədəbiyyat və sənət portalı

“Cənnət anaların ayaqları altındadır” deyənlər yanılmayıb. Ana üçün övladın xoşbəxtliyindən, xoş güzəranından, körpənin süd ətirli dodaqlarından, şirin təbəssümündən qiymətli nə ola bilər? Balasının bircə nəfəsindən ötrü canını qurban verməyə hazır olan ana, daim ucalıq rəmzi sayılıb...

Davamı

Görəsən bu dünyada Məhəmməd ümmətindən qeyrisi dara, çətinə düşəndə özünə Allahdan ölüm arzulayırmı? İnanmıram. Avropalı düşdüyü çətin duruma çözüm axtarar, əksər hallarda da tapar. Bizlər neylərik?  Bizi bu durumdan çəkib çıxaracaq bir adam axtararıq, ümidimizi möcüzəyə bağlayayarıq. Gözlərik, gözlərik, gəlməyincə də dərhal çarəsizliyə qapılar, ağlar, sızlar, sonda da  əlimizi göyə qaldırıb Allahdan ölüm istəyərik: “Allah bir ucuz ölüm göndərmir ki, ölüm, canım  qurtarsın, maşın vursun məni, başıma bir daş düşsün” və bu qəbildən olan dürlü-dürlü qarğışlar.

Davamı