Fərhad ABDULLAYEV

0

“Xırda” məsələ

Son vaxtlar dünyada baş verən siyasi hadisələr, əsasən də lokal müharibələr, dəhşətli terror aktları, Avropa ölkələrinə sığınmağa çalışan qaçqın axını həyatın bir çox sahələrinə ciddi təsir göstərib. Dünya iqtisadiyyatının inkişafında əhəmiyyətli yer tutan turizm sektoru da bu olaylardan nəsibini alıb və “qara günlər”ini yaşayır.

İndi bəzi ölkələr Avropa və rus turistlərini cəlb etmək üçün sözün əsl mənasında yarışa girib. Misir, Mərakeş və nəhayət, Türkiyə turistlər üçün arzuolunmaz ölkələrə çevrildikdən sonra ucuz qiymətə fantastik istirahət təklif edən məmləkətlərin siyahısı durmadan artır.

İsrail, BƏƏ, İspaniya, Çin, hətta Qazaxıstan kimi dövlətlər təcili surətdə Rusiyanın turizm bazarına girməyə, yaranmış qarışıqlıqdan maksimum bəhrələnməyə çalışır. Əslində burada təəccüblü heç nə yoxdur. Milyardlarla gəlir gətirən, ölkə iqtisadiyyatının təkanverici qüvvələrindən biri kimi dəyərləndirilən turizm sektoru hamı üçün cəlbedicidir.

Bəs Azərbaycan? Müvafiq qurumlar, otel və istirahət məkanları kütləvi turist axınını layiqincə qarşılamağa hazırdırmı?

...Türkiyənin Kuşadası şəhərinin turizm məkanları arasında “Qadınlar çimərliyi” deyilən məşhur bir yer var. Saysız-hesabsız otellər, kafe və restoranlar burada dincələn minlərlə adamın sevimli istirahət yeridir. Burada yerləşən dönərxanalardan birində qonaq olduq. Sahibi iqdırlı Osman bəydir. Dönərə, növ-növ ət yeməkləri və turşulara, xüsusi hazırlanmış ayrana söz yox! Bir də türklərə məxsus xidmət keyfiyyəti adamı heyran qoyur. Bir məsələ də diqqətimizdən yayınmadı: Osman bəy gələn əcnəbi müştərilərlə onların doğma dilində şirin söhbət edir, hətta bələdçi kimi yardımçı olurdu. Osman bəy Bakıdan gəldiyimizi biləndə çox sevindi. Təzədəm çaya qonaq etdi.

- Bu çay da bizdən ikram (yəni hədiyyə). Azəri qardaşlarıma gözümün üstündə yerim var...

Xeyli söhbət etdik. Osman bəydən soruşdum:

- Əcnəbi turistlərin hərəsi ilə öz dilində xoş ünsiyyət qururdunuz. Maraqlıdır, neçə dil bilirsiniz?

Osman bəy xəfif gülümsündü:

- Saymamışam. Gərək ki, 10-12 dil bilirəm. Əlbəttə ki, danışıq səviyyəsində. İngilis, alman, holland, ispan, italyan, ərəb, rus, yapon, macar, çex turistlər ilə, Fransa, Ukrayna və digər ölkələrdən gəlmiş qonaqlarla ünsiyyət yarada bilməsən, biznesin irəliləməz. Bu şəhərə nabələd adamlara da məsləhət verməyə çalışıram. Kimsə Türkiyədən narazı getməməlidir. Axı qonaqpərvərlikdə bizə çatan olmaz. 

Osman bəy söhbət əsnasında Azərbaycanda turizmin durumu ilə də maraqlandı.

- Xəzər kimi gözəl dəniziniz var. Yəqin sizdə də turizm baxımından qələbəlikdir... Əcnəbilər çox gəlir?

- Turkiyə ilə müqayisə etmək olmaz. Amma yavaş-yavaş ayaq açırlar.

Osman bəyin kafesini tərk edəndən sonra mövzu ilə əlaqədar kiçik bir epizodu xatırladım. Yayda ailəmlə birlikdə həftəsonu Nabrana getmişdik. Dəniz kənarındakı istirahət məkanlarının birində taxta evcik kirayələmişdik. Qonşu evcikdə isə Rusiyadan gəlmiş ailə dincəlirdi. Qonaqlarla tanış olub söhbətləşdik. Rus dilində danışdığımızı görüb çox sevindilər. Azərbaycana ilk dəfə gəldiklərini, buranın təbiətinə, mavi Xəzərə heyran qaldıqlarını bildirdilər. Ailə başçısı və xanımı yalnız bir məsələdən gileyləndi:

- Bizim kimi turistlərin problemi ünsiyyətlə bağlıdır. Bakıda yox, məhz Nabranda bu problemlə üzləşdik. Rus və ingilis dilini bilən yoxdur. Çimərlikdə, yeməkxanada nə istədiyimizi əl-qolla anladırıq. Bütün məlumat lövhələri, menyular yalnız Azərbaycan dilindədir. Ev sahibləri əcnəbi qonaqları nəzərə almayıb. Xidmət sahəsi də istənilən səviyyədə deyil. Bu da çətinlik yaradır. Amma yerli sakinlər çox gülərüz və mehribandır. Azərbaycanca bir neçə söz də öyrənmişik...

Deyəcəksiniz ki, “əşi, xırda məsələdir, birtəhər yola vermək olar...” Amma yox! Hətta danışıq səviyyəsində belə əcnəbi dil öyrənib ünsiyyət qurmaq həm də yaxşı təbliğat vasitəsidir. Niyə ölkəmizə gəlmiş qonaqlara Azərbaycan həqiqətlərini anlatmayaq? Niyə ölkəmizin qədim tarixi, işğal altında olan Dağlıq Qarabağ və ermənilərin haqqımızda bütün dünyaya yaydığı hədyanlar barədə söhbət aparmayaq? Sən, mən, biz əl yelləyib keçsək, bu işi kim görəcək? Axı, “xalq diplomatiyası” ən güclü silahdır. Deməli, bu, heç də xırda məsələ deyil...

Mətbuatın verdiyi məlumata görə, Azərbaycanda qadınlara qarşı cinayətlərin sayı artıb. Statistik göstəricilər də həyəcan təbili çalmağa əsas verir.

Davamı

Haram ianə

29.10.2016

Ermənistanın keçmiş xarici işlər naziri, hazırda müxalifətdə olan “Birlik” partiyasının lideri Vardan Oskanyan məlumat yayıb ki, Amerikada yaşamış erməni milyardçı Kirk Kerkoryan vəsiyyətində Ermənistana 2 milyard dollardan çox pul bağışlayıb.

Davamı

Ermənistanda həbs edilən müxalifətçi Jirayr Səfilyan həbsxanadan Ermənistan ordusuna ünvanladığı müraciətində Serj Sərkisyanı vətən xaini və satqın adlandırıb.

Davamı

Bu günlərdə Ermənistan kağız üzərində mövcud olan müstəqilliyinin 25 illiyini qeyd edib və bu münasibətlə hərbi parad keçirib.

Davamı