Abdulla Şaiqin hekayəsi

Ədəbiyyat17.06.2016

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə. Gərdişin əli hər yerdən üzüləndə dünya, qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə yazarlarımızın tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa dərin ehtiyac duyulur. Bu baxımdan, dəyərli ədəbi nümunələrdən örnəklər verməyi planlaşdırmışıq. Beləliklə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin “Anabacı” hekayəsi ilə missiyamızı davam etdiririk.

Davamı

Yalançı ekvivalentlər lüğəti

Ədəbiyyat17.06.2016

Тür­ki­yə türk­cə­si və Azər­bay­can di­li ge­nealo­ji ba­xım­dan qo­hum dil­lər olub, türk xalq­la­rı ailə­si­nin Oğuz qru­pu­na da­xil­dir. Bu dil­lə­rin et­nik qo­hum­lu­ğu, qə­dim ümum­türk di­li­nin va­ris­lə­ri ol­ma­sı, qram­ma­tik qu­ru­luş və əsas lü­ğət fond­la­rı­nın müş­tə­rək­li­yi bə­zən be­lə yan­lış tə­səv­vür ya­ra­dır ki, bu iki dil tama­mi­lə ey­ni­dir və hər bir azər­bay­can­lı müasir türk­cə­ni öy­rən­mə­yə eh­ti­ya­c duy­ma­dan bu dil­də sər­bəst da­nı­şa, türk­cə­dən di­li­mi­zə və ək­si­nə adek­vat şi­fa­hi və ya­zı­lı tər­cü­mə edə bi­lər. Bu dü­şün­cə Azər­bay­can di­li­nə mü­na­si­bət­də Tür­ki­yə türk­lə­ri­nə də ha­kim­dir. Hal­bu­ki Tür­ki­yə türk­cə­si və Azər­bay­can di­li­nin müasir sinx­ron və­ziy­yə­ti­nin mü­qa­yi­sə­li təh­li­li gös­tə­rir ki, hə­min dil­lər ara­sın­da fərq­lər var. Bu lü­ğət hə­min fərq­lər­dən bir qis­mi­nin – ya­lan­çı ek­vi­va­lent­lə­rin iza­hı üçün nə­zər­də tu­tu­lub.

Əsgər RƏSULOV,
Filologiya elmləri doktoru, professor

Davamı

Simalarda yaşayan tarıx

Ədəbiyyat17.06.2016

Universiteti bitirdikdən sonra ucqar kəndə getməyim uşaqlara rus dilini öyrətməkdən daha çox, özümün Azərbaycan dilini öyrənmək istəyimlə bağlı idi. Burada mən kənddə başıma gələn maraqlı əhvalatları, kənd sərgüzəştlərimi xatırlamaq niyyətində deyiləm, bunları, inşallah, memuar yazanda qələmə almağı düşünürəm. İndisə, müəllimliyi jurnalistika ilə əvəz edərək, redaksiya vəsiqəsi ilə ölkəni necə gəzməyimdən danışmaq istəyirəm.

Davamı

Ürək necə işləyir?

Elm17.06.2016

Qan təzyiqi nədir?

Davamı

Qaynar ədəbi-bədii həyatı ilə məşhur olan Tbilisinin rəsm qalereyalarının birində akvarellərini görmüşdüm, imza da çox doğma gəlmişdi: Teymur Kəlbiyev. Rəssamın əsərlərindəki mövzu və rəng seçimi, bitkin kompozisiya və bütövlükdə təbiətə sevgi məni valeh eləmişdi. Müəllifin gördüklərinə özünəməxsus yanaşma tərzindən əməlli-başlı təsirlənmişdim.

Davamı

Bütün xalqların həyatında enişli-yoxuşlu məqamlar olur. Bu, istər siyasi, istərsə də mədəni-ədəbi sahələri əhatə edə bilər. Azərbaycan xalqı da tarixin keşməkeşlərində ələnmiş, zaman-zaman sərvətlərini qəsb etməyə çalışanların istilalarına, deportasiyalara, soyqırımlara məruz qalmış xalqlardandır. Müasirləşmək, zamanın tələblərinə cavab vermək adı altında əlifbamızın bir əsrdə üç dəfə dəyişdirilməsini də, zənnimizcə, xalqımıza qarşı törədilmiş cəza, mədəniyyətimizin, dil və ədəbiyyatımızın başına gətirilmiş müsibət adlandırsaq, yanılmarıq.

Davamı