Halal adam

Tarix02.10.2015

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı mülkdə (indiki Milli Azərbaycan Tarixi Muzeyində) 9 otaqdan ibarət  “H.Z.Tağıyevin xatirə muzeyi” yaradılıb. Azərbaycan və İtaliya mütəxəssisləri Xatirə muzeyinin otaqlarının, əşyaların, mebellərin əvvəlki görkəmini Tağıyevin ailə fotoalbomları əsasında bərpa edə biliblər. Onun iş otağı, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı, yataq otağı, təmizlik otağı ziyarətçilərin ixtiyarına verilib.

Davamı

007-nin son reysi

Tarix02.10.2015

İlqar Əlfinin araşdırmaları “Tam məxfi” layihəsində

Davamı

Türklərin quruda və dənizdə (ingilis, fransız və rus hərbi gəmilərinin Navarin limanında Osmanlı donanmasını sıradan çıxartdıqları üçün) ən zəif vəziyyətə düşdüyü bir zamanda - 1828-ci il, aprelin 26-da Rusiya Türkiyəyə müharibə elan etdi. Hər iki tərəf müharibəyə hazırlıq işlərinə başladı.

Davamı

Rəqəmin fəlsəfəsi

Elm02.10.2015

Qəribə zamanda yaşayırıq. Kimi dindirirsən, fəlsəfədən danışır, filosoflardan sitat gətirir. Bu sitatların demək olar ki, hamısı artıq əzbərimizdir, amma çifayda, onlardan bəhrələnə bilirikmi?

Davamı

Ragnhild Thori ilə bu günlərdə gerçəkləşən IV Beynəlxalq Kitab Festivalında tanış oldum. O, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən festivala dəvət olunduğundan taxçaların birində kitabını təqdim edirdi. Kitab dahi Nizami Gəncəvinin «Leyli və Məcnun» poemasının qısaldılmış forması idi. Xanım Thori ilə ayaqüstü söhbət zamanı o, tərtib etdiyi kitabı göstərərək, Şeyx Nizamidən o qədər ürəklə danışdı ki, mənə elə gəldi ki, qarşımda dayanan uzaq, soyuq Norveçdən yox, elə dahi şairin Vətənindəndir.

Davamı

Ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar, 2004-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (6-cı nəşr, Bakı – 2013) ölkə ictimaiyyəti və mütəxəssislər tərəfindən birmənalı qarşılanmır.

Davamı