Zərdüşt ŞƏFİ (1986-2012)

Davamı

Həmin ildə isə Şəki xanı Əbdülqadir xanın Ərzurum valisi Teymur paşaya yazdığı məktubunda artıq Tiflisdə rusların 12 minlik qoşununun olduğu və sərhədə 80 minlik qoşun topladığı haqqında məlumatı verilir. Osmanlı xəfiyyəsinin Çıldır valisi Süleyman paşaya göndərdiyi məktubunda Rusiya imperiyasının Azərbaycan xanlarından onun himayəsini qəbul etmələrini tələb etdiyi və təslim olmayacaqları təqdirdə onların üzərinə qoşun göndərəcəyi, Moskva (Rusiya dövləti nəzərdə tutulur – X.S.) sərhədlərindən Tiflisə geniş hərbi yolun çəkilməsi, Moskvanın Tiflisdə hərbi sursat anbarı tikdirməsi haqda məlumatlar verilir. Rusiyanın bu tədbirlərinin qarşısının alınması üçün Osmanlı hökuməti də Cənubi Qafqazda öz mövqeyini gücləndirməyə səy edirdi. O.P.Markovaya görə, 1783-cü ilin payızında Xəlil paşanın başçılığı ilə Cənubi Qafqaza göndərilən Osmanlı nümayəndə heyətinin məqsədi Azərbaycan və Dağıstan feodalları ilə Rusiya və Kartli-Kaxeti çarlığına qarşı ittifaq yaratmaq idi.

Davamı

XVIII əsrin birinci yarısı – Səfəvilər sülaləsinin son dövrü və Nadir Şah Əfşar imperiyasının mövcud olduğu qısa müddət Azərbaycan tarixinin ən gərgin və maraqlı dövrlərindən biridir. Bu da təsadüfi deyil ki, həmin dövrdə yazılı və şifahi ədəbiyyat, xəttatlıq, miniatür sənəti inkişaf edib, baş verən hadisələri əks etdirən salnamələr qələmə alınıb. Nadir Şahın münşisi Mirzə Mehdi xan Astrabadi məhz həmin dövrün ən etibarlı salnaməçisi sayılır. Mətbuatda tam şəkildə ilk dəfə işıq üzü görəcək onun tarixi sənədlər toplusundan ibarət “İnşa” əsərini bu sayımızdan başlayaraq qəzetimizin oxucularına təqdim edirik.

Davamı

Osmanlı imperiyası. Bu çoxmillətli və çoxdinli türk dövləti tarixin ən böyük imperiyalarından biri və bütün dünyada yaşayan türklərin qürur mənbəyidir. Dövlətin əsası 1299-cu ildə oğuzların Qayı boyundan olan Osman bəy tərəfindən qoyulub. Banisinin Osmanoğulları Bəyliyi adlandırdığı dövlət, sonralar nəhəng imperiyaya çevrilib – dünya tarixinə, siyasətinə böyük təsir göstərib. Üç qitəyə yayıldığı illərdə ən qüdrətli dövrünü yaşayan Osmanlı imperiyası mahiyyətcə əsası Səlcuqlar tərəfindən qoyulan Türkiyə dövlətinin ikinci mərhələsi hesab olunur.

Davamı

26 Bakı komissarı...

Tarix18.09.2015

... Yaxud təhrif olunmuş tarix

Davamı

Berlin tuneli

Tarix18.09.2015

İlqar Əlfinin araşdırmaları “Tam məxfi” layihəsində

Davamı

Azərbaycan Xalq Cümhuriyyəti Şimali Qafqazda Dağlı Respublikası yaradıldıqdan sonra dağlı xalqlarına davamlı şəkildə maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları göstərməyə başladı. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat həcmində maliyyə yardımı göstərdi ki, bu da 1919-cu il üçün AXC-nin dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi.

Davamı

Mənim tanıdığım Banin

Tarix18.09.2015

Fransada yaşamış azərbaycanlı yazıçı Ümmülbanu Əsədullayeva (18 dekabr 1905 - 23 oktyabr 1992) (Umm-El-Banine Assadoulaeff) məşhur neft milyonçuları Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi və Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadiyyat naziri olmuş Mirzə Əsədullayevin qızıdır.

Davamı